24 noyabr 2021 15:51
1392

Vulkanik adada yaşayan maraqlı insanlar - FOTO

Filippin dənizində yerləşən və Yaponiyaya bitişik olan Aoqaşima adası görünüşü ilə dünyanın ən maraqlı yerlərindən biri hesab olunur. İnanmaq çətin olsa da, bu adada ümumilikdə 205 nəfər yaşayır və burada aktiv vulkan var. Özünüzü nəhəng vulkanik adanın içində yaşadığınızı təsəvvür edə bilərsinizmi? Təxminən 200 nəfərin yaşadığı Aoqaşima adasında bu heç də təəccüblü deyil. Adada yalnız bir məktəb və bir poçt şöbəsi var. Aoqaşima İzu arxipelaqının bir hissəsidir və Filippin dənizindən 200 mil cənubda yerləşir. Vulkanik ada Tokio tərəfindən idarə olunur.

Buraya getmək istəyirsinizsə, bilməli olduğunuz çox vacib bir məqam var: Adada hələ də aktiv bir vulkan var. Onun sonuncu böyük püskürməsi 1785-ci ildə baş verib. Bu partlayış zamanı 140 nəfərin öldüyü bildirilir. Burada yaşayan insanlar meyvə və tərəvəzləri özləri yetişdirir. Balıqçılıq isə onların yeganə dolanışıq mənbəyidir. Həm də adanın şöhrəti bütün dünyaya yayıldıqca turistlərin də buraya axını başlayıb. Adada yaşayanların əksəriyyəti yapondur.

Baş verən son vulkandan sonra adada məskunlaşmanın nə vaxt başladığı məlum deyil. Aoqaşima adasında çox az restoran fəaliyyət göstərir. Burada yalnız bir bar var.

“İzakaya” adanın yerli içkisi sayılır. “Şoçu”isə  evdə insanlar tərəfindən hazırlanır. Bu şirin kartofdan hazırlanmış içkidir.

Adaya birbaşa giriş mümkün deyil. Əvvəlcə adaya 70 km aralıda olan Haticyokocimaya getməlisiniz. Oradan vertolyot və ya gəmi ilə Aoqaşimaya gedə bilərsiniz. Adada cəmi altı otel və düşərgə var. Dincəlmək üçün əla yer olan bu adada dalğıc fəaliyyəti məhşurdur.

Gözəlliyə sahib adada orta ömür 100 ildir. Adanın çox sərt qayaları var. Dəniz səviyyəsindən 432 metr yüksəklikdə yerləşən adadan möhtəşəm panorama açılır.

Vüsal Cahanov, “İki sahil”