Bəzi insanlar incəlik və qayğı göstərməkdən çəkinmirlər. “Lisa” jurnalı astroloqlara istinadən üç ən nəvazişli bürcün adını açıqlayıb.
Tərəzi
Bu bürcün altında doğulanlar çox rahatdırlar, buna görə də başqaları ilə asanlıqla ümumi dil tapırlar. Onların romantik təbiəti tərəfdaşların dincliyinə və əhvalına müsbət təsir edir. Bu bürcün nümayəndələri tez bir zamanda insanlara bağlanırlar, lakin ayrılığa da çətinliklə dözürlər. Tərəzi üçün sevgi “hava”dır.
Xərçəng
Xərçənglər sevdiklərinə incə hisslər nümayiş etdirməyə xəsislik etmirlər. Bu bürcün altında doğulanlar həmsöhbətlərinin duyğularını davranışlarından və baxışlarından oxuyurlar. Həmişə nə vaxt susacaqlarını və ya dəstək olmalı olduqlarını çox yaxşı bilirlər. Xərçənglər müntəzəm olaraq sevdiklərini xoş sürprizlərlə sevindirirlər. Fiziki təmas onlar üçün vacibdir, ona görə də münasibətdə toxunmaq, qucaqlaşmaq və öpmək mütləqdir.
Balıqlar
Qayğıkeş və mülayim Balıqlar çox vaxt həddindən artıq qayğı ilə ikinci yarını daha da özlərindən uzaqlaşdırırlar. Başqalarına hədiyyə verməyi sevirlər. Bu bürcün nümayəndələri həyatın mənasını bunda görürlər. Astroloqların fikrincə, Balıq bürcündən olan bir insanı sevənlər yanlarında öz mənafeyini güdməyən, təmənnasız sevgi bəxş edən və gözütox insanın olduğuna sevinməlidirlər.
Nubar Süleymanova, “İki sahil”