25 noyabr 2021 14:19
370

“Azəriqaz” İB-nin baş direktoru jurnalistlərin və vətəndaşların suallarını cavablandıracaq

“Azəriqaz” İB-nin inzibati binasında növbəti “Açıq qapı” aksiyası 26 noyabr saat 11:00-da başlayacaq.

“İki sahil” xəbər verir ki, bütün media mənsublarının üzünə açıq olacaq bu aksiya "Facebook" sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq. Vətəndaşların sualları canlı yayım vasitəsilə cavablandırılacaq. Hər bir media qurumu bu tədbirə dəvətlidir.

Ünvanlanan sualları "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev cavablandıracaq.