25 noyabr 2021 15:39
930

Almaniyada koronavirusdan ölənlərin sayı 100 min nəfəri ötüb

Almaniya Federativ Respublikasında COVID-19 infeksiyası səbəbindən ölənlərin sayı 100 min nəfəri ötüb.

"İki sahil" Worldometer saytına istinadən xəbər verir ki, noyabrın 24-də Almaniyada 73 min 966 nəfər koronavirusa yoluxub, 321 nəfər COVID-19 infeksiyası səbəbindən həyatını itirib. Bu günə olan son məlumata görə, ölkədə pandemiya dövrü ərzində koronavirusa 5 milyon 546 mindən çox yoluxma halı qeydə alınıb, ölənlərin sayı isə 100 min 481 nəfərə çatıb.

Qeyd edək ki, almanların 68,1 faizi COVID-19 infeksiyasına qarşı tam vaksinasiya olunub, əhalinin 5 faizi isə artıq peyvəndin üçüncü buster dozasını vurdurub. Bununla belə, Almaniya hazırda koronavirusa gündəlik yoluxma hallarının sayına görə ABŞ-dan sonra ikinci, gündəlik ölüm hallarının sayına görə isə yeddinci yerdə gedir.