25 noyabr 2021 15:45
377

ÜST Azərbaycana təşəkkür edib

Milli Məclisin sədri Sahibə Qafarova Rusiyada Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge ilə görüşüb.

“İki sahil” xəbər verir ki, H.Klüge koronavirus pandemiyası ilə apardığı mübarizəyə görə Azərbaycana təşəkkür edib.

O bildirib ki, Azərbaycan COVID-19-la bağlı mübarizədə dünya ölkələri arasında ilk sıradadır.

S.Qafarova qarşı tərəfə Azərbaycanın COVID-19 infeksiyasının aşkar edildiyi ilk günlərdən bu bəlaya qarşı həyata keçirdiyi tədbirlər haqqında məlumat verib.

Milli Məclisin sədri Azərbaycanın pandemiyaya qarşı qlobal mübarizəyə və beynəlxalq təşəbbüslərə dəstəyi haqqında da danışıb. O bildirib ki, rəsmi Bakı COVID-19-la mübarizə sahəsində beynəlxalq səylərə sanballı töhfələr verib.