28 noyabr 2021 09:16
508

İsrail sərhədlərini bağlayır?

İsrail koronavirusun yeni Omikron ştammına görə sərhədlərini bağlayır.

“İki sahil” xəbər verir ki, İsrail bu gündən etibarən sərhədlərini 14 gün müddətinə bağlayacaq.

Hökumətin yaydığı məlumatda göstərilir ki, yaxın 2 həftə ərzində ölkəyə yalnız xüsusi icazə almış əcnəbilər daxil ola biləcək. ölkəyə gələn vətəndaşlar isə gəldikdən sonra PSR testi verməli və karantinə alınmalıdırlar. Peyvənd olunmuş və ya sağalmış şəxslərin isə karantin müddəti 3 gün müəyyən edilib.

Qeyd edək ki, cümə günü Omikron ştammına ilk yoluxma aşkar edildikdən sonra israil Afrika ölkələrini qırmızı zona elan edib