29 noyabr 2021 20:04
632

Sevdiyiniz futbolçular haqqında bunları bilirdinizmi?

Dünyanın ən ağıllı futbolçusu

Dünyanın ən ağıllı futbolçusu kimi Frenk Lempard göstərilir. İngilis futbolçunun IQ göstəricisi 150-yə bərabərdir.

Messi haqqında maraqlı faktlar

Məşhur  futbolçu  Messi hal-hazırda böyük var-dövlətə sahib olsa da, ancaq karyerasını  adi bir salfet üzərində imzaladığı müqavilə ilə başlamışdı. Həmin müqaviləni imzaladığı  zaman onun yanında argentinalı agenti Josep Maria Minghelia və keçmiş Barselona məşqçisi Carles Rechak vardı. 2012-ci ildə həmin  bu salfet   Barselona Muzeyinə verilmişdi. Məşhur salfeti görmək istəyənlər, buna görə  pul ödəməlidirlər.

Argentinalı ulduz Messinin uşaqlıqdan qalan digər maraqlı vərdişi isə odur ki, o hər oyundan əvvəl çoxlu "jelibon" konfeti  yeyir.

23 qol vuran Ronaldiniyo

Bir zamanların super ulduzu Ronaldiniyo gənc ikən başqa uşaq komandası ilə oynadığı oyunda komandası 23:0 hesabı ilə qalib gəlib. Həmin 23 qolun hamısını Ronaldiniyo vurub. Məhz o oyundan sonra gənc futbolçu lazımi adamların diqqətini cəlb edib.

 Avtoqolların rekordçusu

Bütün karyerası boyu yarımmüdafiəçi olan  Pinheyro  avtoqolların rekordçusu kimi tarixə düşüb. Fərqli oyunlarda qapını səhv salaraq öz qapılarına qol vuran futbolçu bir müddətdən sonra məşqçilərin hücumuna məruz qalmışdı. Qeyd edək ki, Pinheyro öz qapılarına  10 dəfə qol vuraraq, özünü  antireklam etmişdi.

Modasevər futbolçu

Rusiya millisinin aparıcı futbolçusu  Andrey Arşavin moda ilə peşəkar səviyyədə məşğul olur. Onun modaya aid 3 kitabı da var.

Ərköyün futbolçu

Zəngin italyan ailəsində ərköyün böyüdülmüş Mario Balotelli "Mançestr Siti"də oynadığı zaman avtomobilini düzgün park etmək vərdişinə alışa bilməyib. Təkcə bu səbəbdən üstə-üstə 10 000 funt-sterlinq məbləğində cəzalanıb.

Optik mağazası ilə məşhurlaşan Grosso

Qarşılaşma zamanı italyan qapıçı Grosso hakimin qərarlarından narazı qaldığından sonra ona eynək almasını məsləhət gördü. Hakim onun bu sözlərini təhqir kimi qəbul edərək,  qapıçını oyundan  kənarlaşdırdı. Lakin maraqlı faktlardan bir də odur ki, bir müddətdən sonra  hakimin görmə problemi olduğu ortaya çıxdı. Sən demə, Grosso bir optik mağazasına sahib olduğuna görə, hakimin gözlərində olan bu problemə diqqət yetirmişdi. Nəticədə hakim məhz Grossonun optik mağazasına gedərək özünə eynək sifariş etdi. Aydındır ki, bu cür reklamlardan sonra Grossonun mağazası çox məşhurlaşdı.

Kriştiano Ronaldonun adının mənası

Müsahibələrindən birində Ronaldo adının haradan gəldiyini izah etdi. Onun sözlərinə görə, Ronaldoya Amerikanın qırxıncı Prezidenti Ronald Reyqanın adı verilib. Kristiano bu prezidentin karyerasında əsas vəzifəni tutduğu vaxtda anadan olduğuna görə, ona bu ad verilmişdi.

Çətin uşaqlığı olan idmançı

 Sən demə "Borussiya" Dortmundun önəmli futbolçusu olan polşalı Yakov Blasçikovskinin çox çətin uşaqlığı olub. O,  12 yaşında olarkən atası anasını onun gözlərinin qarşısında öldürüb.

Futbol tarixində qeyri-adi oyunçu

Mərakeşdən olan futbolçu Hisham Zeruali  soyadı sayəsində pərəstişkarlarından "Zero" (Sıfır)  ləqəbini almışdı. Uzun illər ərzində "0" rəqəmi altında oynayan futbolçu çox  təəssüf ki, 2004-cü ildə avtomobil qəzasında həyatını itirdi. Ölümündən sonra tarixə düşən bu futbolçunun şərəfinə " Pittodry" stadionunda abidə qoyulmuşdu.

Əliaçıq idmançı

Məşhur futbolçu Kaka gəlirinin yüzdə qırxını Rio-de-Janeyrodakı kilsələrin birinə bağışlayıb.

Samirə Tağıyeva, “İki sahil”