Daxili İşlər Nazirliyi (DİN) Bakının Sabunçu rayonunda baş verən qətl hadisəsi barədə məlumat yayıb.
DİN-in mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinə noyabrın 27-də saat 21 radələrində Sabunçu qəsəbəsi ərazisindən Bakı şəhər sakini 21 yaşlı Fərid Əliyevin və Şamaxı rayon sakini 25 yaşlı İlşad Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilmələri, F.Əliyevin orada ölməsi barədə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Bakı ŞBPİ-nin Cinayət Axtarışı İdarəsi və 12-ci Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ramil Lətifov və qardaşları - əvvəllər məhkum olunmuş Rahib və Qorxmaz saxlanılaraq istintaqa təhvil veriliblər.
Sürücülərin nəzərinə: nəqliyyat sahəsi üzrə bu xidmətlərə artıq “mygov”dan müraciət etmək mümkündür
“UN-Habitat”: WUF13 qlobal mənzil böhranının aradan qaldırılması üçün tərəfdaşlıqların formalaşdırılmasına imkan verəcək