30 noyabr 2021 20:04
1404

İnanılmazdır, amma faktdır…

ABŞ-ın İndiana ştatında sarımsaq yeyən insanın ictimai nəqliyyatdan yarım saatdan artıq istifadə etməsi qadağandır.

Xeops ehramından Yer kürəsinin mərkəzinə  qədər olan məsafə onunla Şimal qütbü arasındakı məsafəyə bərabərdir. Eləcə də bu məsafə Şimal qütbü ilə Yer kürəsinin mərkəzi arasındakı məsafə ilə eynidir.

İnsan barmaqları orta hesabla  həyat boyunca təxminən 25 milyon dəfə açılıb yumulur.

Las-Veqasdakı kazinoların heç birində saatlar quraşdırılmayıb.

Heç bilirdinizmi ki, oksigenin ən böyük istehsalçısı olan ölkə Rusiyadır. Dünya meşələrinin təqribən 25%-i Sibirdə bitir və ABŞ-ın kontinental hissəsindən çox ərazini əhatə edir ki, bu da Rusiyanı dünyanın ən güclü karbon qazını oksigenə çevirən ölkəsi edir.

Sən demə, dirijor dəyənəyi insan ölümünə səbəb ola bilər. Misal üçün, 1632-1687-ci illərdə yaşamış fransalı bəstəkar Jan Batist Lülinin ölümünə məhz dirijor dəyənəyi səbəb olub.

Hindistan kino istehsalına görə dünyada liderdir. 90-cı ildə bu göstərici ilə 948  filmə çatmışdı.

Bir insanın bədənindəki  ümumi hüceyrə sayı təxminən  100 trilyondur.

Buxarestdə parlament binasının tikintisi zamanı mərmərə o qədər böyük ehtiyac yaranıb ki, ölkədəki qəbir daşlarının hamısı başqa materiallardan hazırlanıb.

Ən yayılmış qida allergiyası — inək südünə allergiyadır.

Məkkədən Mədinəyə ayaqyalın hicrət edən birinci qadın imam Əlinin anası Fatimə  Əsəd olmuşdur.

Təxminən 150 il bundan əvvəl benzin neftin işlənməsindən alınan ən yararsız məhsul sayılırdı. O zamanlar neftayırma əsasən kerosinin əldə olunmasına xidmət edirdi. Benzin isə tullantı hesab edilir, ən yaxşı halda ləkə əleyhinə maddə kimi məişətdə istifadə olunurdu. Bir çox neftayırma şirkətləri benzin satılmadığından onu yararsız bir maddə kimi çaya axıdırdılar.

Alimlər xəbərdarlıq edirlər ki, arıqlamaq üçün pəhrizlərin əksəriyyəti bir neçə il sizin ömrünüzü qısaldır.

Vatikan dünyada yeganə dövlətdir ki, 1983-cü ildən bəri orada doğum halı qeydə alınmayıb.

Opiumun ən böyük istehsalçısı  Əfqanıstandır. Burada dünya üzrə  opiumun 95%-i istehsal olunur.

Əgər insan səhər yuxudan oyandıqdan və ya uzun müddət ərzində oturaq vəziyyətdə olduqdan sonra barmaqlarında keyimə hiss edirsə, bu,boyun osteoxondrozun əlaməti ola bilər.

Andorra dünyada yeganə ölkədir ki, orada poçt xidmətləri pulsuzdur.

Dünyanın ən təhsilli ölkəsi Kanadadır. Bu ölkənin əhalisinin 50%-nin təhsili orta ixtisas təhsilindən aşağı deyil.

Çox maraqlıdır ki, 2012-ci ilə qədər transseksuallara yarışmada iştirak etmək qadağan edilsə də, bu tarixdən sonra qadağa götürülür.

Heç bilirdinizmi ki,   eyni marka şampunların tərkibi ölkədən ölkəyə fərqlidir, çünki hər ölkədəki su keyfiyyəti dəyişkəndir.

Dünyanın ən məşhur idman markalarından olan “Adidas” və “Puma”, əslində II Dünya Müharibəsindən əvvəl eyni ayaqqabı fabrikini işlədən, amma müharibədən sonra küsüşərək bir-birindən ayrılan və fərqli fabriklər yaradan iki qardaşa aiddir. Qardaşlardan Adolf Dassler, “Adidas” adı altında işini davam etdirmiş, Rudolf Dassler isə öz növbəsində  “Puma”nı yaratmışdır

Tombsoun şəhərində 18 yaşından yuxarı kişi və qadınlara qabaq dişlərindən biri olmadığı halda  gülümsəmək qadağan edilib.

Saxara səhrasında yerləşən Teqazi şəhərində evlərin çoxunun divarları daş duzdan tikilir. Bu ərazi dünyada ən quraq ərazilərdən sayılır.

Yeni doğulmuş körpənin skletində 300-dən artıq sümük var. Zamanla, onlardan bəziləri birləşərək daha iri sümüklər əmələ gətirir. 

Evlərin nömrələnməsi qaydası ilk dəfə 18-ci əsrdə Londonda tətbiq olunub. Buna qədər evlər sahiblərinin adı ilə tanınıb.

Bir uşaq 1 yaşına basdığında, ortalama 70 kəlməni başa düşsə də, ancaq bunlardan sadəcə 1 neçəsini dilə gətirə bilər. Uşaq 18 aya gəldikdə isə söz bazası genişlənər. Bu yaşdakı 1 uşaq hər 2 saatdan bir söz bazasına yeni 1 söz əlavə edər.

Suriya, Çin, Vyetnam və İranda “Facebook”a qadağa qoyulub

Quam dünyada yeganə ölkədir ki,yolları mərcan liflərdən ibarətdir. Quamda təbii qum yoxdur, ona görə orda asfaltı mərcan liflərindən və neftdən istifadə etməklə hazırlayırlar.

Dünyada ən çox oxunan kitablar arasında  birinci yeri “İncil” tutur. Bu kitabın ümumi tirajı – 6 milyard nüsxədir. İkinci yer  Mao Tszedunun sitatlarınındır. Üçüncü yer isə hələ ki “Üzüklər şahzadəsi”nə məxsusdur.

Çimməyin elə də məşhur olmadığı bir dövrdə kraliça I Elizabet ayda bir dəfə, ehtiyacı olmadığı hallarda isə heç yuyunmadığını qürurla deyirmiş.

Elizabet Teylorun iştirakı ilə çəkilmiş “Kleopatra” filminin Misirdə yayımlanması qadağan olunmuşdu. Səbəb aktrisanın yəhudi soyundan olması idi.

Toqoda qadına kompliment deyən kişi mütləq onunla evlənməlidir

Ən gənc əhalisi olan ölkə isə Nigerdir. Niger əhalisinin təqribən yarısı 15 yaşdan gəncdir.

Samirə Tağıyeva, “İki sahil”