01 dekabr 2021 02:37
873

Qlobal istiləşmə insan və heyvanların xarici görünüşünə də təsir edir - “Sasapost”

Misirin “Sasapost” xəbər portalında qlobal iqlim dəyişikliyinin insanların və heyvanların xarici görünüşünə necə təsir etməsi barədə material paylaşılıb.

Hazırda planetdə iqlim dəyişiklikləri gedir. Heyvanlar bundan daha çox əziyyət çəkirlər, çünki onları həddindən artıq istidən xilas etmək üçün kondisionerləri və ya çətin yaşayış şəraitini yüngülləşdirmək üçün texniki vasitələri yoxdur. Onlar üçün yeni iqlimə uyğunlaşmaq çox çətindir.

Məqalə müəllifinin fikrincə, istixana qazlarının atmosferə atılması nəticəsində temperaturun yüksəlməsinə məhz bəşəriyyət cavabdehdir. İlk fabriklərin fəaliyyətə başlamasından bəri qlobal orta temperatur 1,2 ° C artmışdır. Hökumətlər müvafiq tədbirlər görməsə, iqlim dəyişikliyi istilik dalğalarına, tufanlara, suyun səviyyəsinin qalxmasına və ərzaq qıtlığına səbəb olacaq.

Hava parametrlərindəki fərqliliklər quşlarda, Avropa siçanlarında və siçovullarda adaptasiya sürətini sürətləndirib. Alimlər heyvanların görünüşündə də dəyişiklikləri qeyd edirlər.

İnsanlar üçün yeni iqlim şəraitinə uyğunlaşmağın daha asan olmasına baxmayaraq, onların da görünüşlərində dəyişikliklər baş verəcəkdir. İlk növbədə dəri rəngi dəyişəcək.

“Planetimizin hazırda yaşadığı köklü dəyişikliklər temperaturun artması ilə bağlıdır. İnsan bədəninin, eləcə də beyninin ölçülərində ümumi azalma olacaq. İnsanlar yaddaş itkisi, fikirlərini ifadə etmək üçün söz tapa bilməmə, öyrənmə çətinlikləri və beyin qan dövranının zəifləməsi halları ilə üzləşəcəklər ",-deyə Kembric Universitetinin zooloqu professor Andrea Manika bildirib.

“Temperatur yüksəldikcə planeti köklü dəyişikliklər gözləyir. Bu, yalnız canlıların görünüşü ilə bağlı olmayacaq. Müxtəlif xəstəliklərin geniş miqyasda yayılması baş verəcək. Buna görə də BMT-nin İqlim Dəyişikliyi Konfransı iqlim dəyişikliyinə nəzarət etmək üçün növbəti fürsət kimi dəyərləndirilməlidir”,- deyə məqalənin müəllifi fikirini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”