01 dekabr 2021 03:39
867

Çayın dibindəki xəzinə axtarılır

Polis Braziliyada Amazon çayında qızılın olduğu şayiələrindən sonra qanunsuz axtarışlar aparmaq üçün bölgəyə axın edən mədənçilərə qarşı əməliyyata başlayıb.

“İki sahil” xəbər verir ki, Amazon çayının ən böyük qolunda fəaliyyətlərini intensivləşdirən "mədənçilər"in yerləşdiyi ərazilərə basqın edilib.

Ekologiya təşkilatı "Greenpeace" ən azı 300 qayığın Amazona tökülən Madeyra çayında qazıntı işi apardığını, ekoloji təhlükə yaradaraq qızıl axtardığını açıqlayıb. Təşkilatın açıqlamasına görə, qayıqların ən azı iki həftədir çayda olmasına baxmayaraq, Braziliya hökuməti hələ heç bir addım atmayıb.

Basqın zamanı qayıqların yandırıldığını bildirən "Greenpeace" bəzi mədənçilərin oradan qaçdığını da qeyd edib. Ekoloji siyasətinə görə sıx tənqidlərə məruz qalan Braziliya Prezidenti Jair Bolsonaro da atdığı tvitlə Madeyra çayındakı əməliyyatı dəstəklədiyini bildirib.