01 dekabr 2021 18:47
985

Planetimizin ən ekzotik gölləri - FOTOLAR

Ləkəli göl, Kanada

Ləkəli Gölü "Kanadanın ən sehrli yeri" adlandırlar.

“Ləkəli göl” yaxud “Kliluk” adlanan göl Kanadanın qərbindəki Britaniya Kolumbiyası əyalətində, ABŞ ilə sərhəd olan Osoyoos qəsəbəsi yaxınlığında yerləşən bənzərsiz bir su anbarıdır. «Kliluk» adı gölə yerli Okanagan hinduları tərəfindən verilib.

Ləkəli göl tərkibindəki mineral maddələrin çoxluğuna görə dünyada birinci yeri tutur. Göldə rast gəlinən minerallar sırasına maqnezium, natrium, kalsium sulfatı daxil etmək olar. Bundan əlavə, gölün tərkibində gümüş və qızıl birləşmələrinə də rast gəlmək mümkündür.

Qış və yaz fəsillərində göl digər su hövzələri kimi görünür. Yay aylarında isə gölün əsas hissəsi buxarlanır. Gölün səthində 365 kiçik su hövzələri yaranır. Həmin su hövzələrinin tərkibi bütünlüklə mineral maddələrdən ibarət olur. Bunun nəticəsində də gölün səthində ləkələr yaranır. Ləkələrin rəngi isə həmin mineral maddələrin tərkibindən asılıdır. Gölün səthində duzlar bərkiyir və təbii cığırlar əmələ gətirməyə başlayır ki, həmin cığırların üzərindən də asanlıqla hərəkət etmək mümkün olur. Müxtəlif rənglər hər hovuzdakı mineralların tərkibindən asılıdır.

Birinci Dünya Müharibəsi dövründə göldən çıxan minerallar sursat istehsalında istifadə edilmişdir.

Ekoloji cəhətdən həssas ərazinin ətrafına çəpər çəkildiyinə görə,gölə baxmaq istəyən turistlər ona çox yaxınlaşa bilmirlər.

Qeyd edək ki, Ləkəli gölün suyu içməli deyil və üzmək mümkün deyil. Göldə, həmçinin balıq və amfibiya yoxdur, yalnız bir neçə spesifik mikroorqanizmlər yaşayır.

Çəhrayı göl, Avstraliya

Avstraliyanın Reşerş arxipelaqında yerləşən Hiller gölü özünün qeyri-adi rəngi ilə diqqəti cəlb edir. Uzunluğu 600 metr, eni isə 200 metr olan bu göl 1802-ci ildə kəşf olunmuşdur. Göl çəhrayı rəngdədir. XX əsrin əvvəllərində bu göldən duz çıxarılmağa başlanılmış və bu proses 6 il davam etmişdir. Bu gölün qeyri-adi rəngini tədqiq etmiş və əvvəlcə belə qərara gəlmişlər ki, bu göldə bitən mikro-yosunların duzlu suya buraxdığı qırmızı maddənin nəticəsində əmələ gəlir. Digər bir versiyaya görə isə gölün bu cür rəng almasının səbəbi orada yaşayan xüsusi mikroorqanizmlərdir. 1950-ci ildə aparılan bir sıra araşdırmalar nəticəsində bu iddialar öz təsdiqini tapmadı. Bir müddət sonra da aparılan tədqiqatlar da nəticəsiz qaldı və indiyə kimi gölün bu cür rəngə boyanmasının səbəbi sirr olaraq qalmaqdadır.

Hiller gölünə yalnız hava yolu ilə getmək mümkündür.

Şöhrət Gölü, ABŞ-da Yellovstone Milli Parkı

ABŞ-da, Yellowstone Milli Parkında məşhur Səhər Şöhrət Gölü. Bu kiçik qaynar göl təxminən 2200 metr dərinliyə malikdir, əlavə olaraq rəngini tünd bənövşəyidən solğun firuzəyə dəyişir, bəzən yaşıl olur. Bəzən sakit olan bu göl, bəzən qeyzer kimi qaynayır və ya hətta partlayır. Adətən belə partlayışlar gölün yaxınlığında yerləşən seysmik aktiv olan nöqtələr ilə bağlıdır. Şöhrət gölünün suyunun yüksək temperaturu müxtəlif bakteriyaların çoxalması üçün əlverişlidir. Təəssüf ki, bir çox turistin gölə pul atmaq vərdişi, gölü qızdıran mənbənin tıxanmasına və gölün temperaturunun 100 dərəcədən, təxminən 50-65 dərəcəyə enməsinə səbəb olub. Buna baxmayaraq, göldəki su çox təmiz və şəffaf olaraq qalır.

“Meduza gölü”, Palau arxipelaqı

Gölün uzunluğu 460 m, eni 160 m təşkil edir. Dərinliyi isə 50 metrdir. Göl 12 min il öncə yer səthinin hərəkəti nəticəsində formalaşmışdır.

Göldə iki növ meduza vardır — qızılı (Mastigias papua) və ay (Aurelia).

Bu göldə yaşayan meduzaların sayı təxminən 2 mln-a çatmışdır. İllər boyu “Meduza” gölü turistləri özünə cəlb etməyi davam edir. Qeyd edək ki, Eyl-Malk adasında onlarla kiçik göl vardır və onların hamısında meduzalar yaşamaqdadır. Qeyd edək ki, onlar Dünya okeanından tamamən təcriddir.

Natron gölü

Tanzaniyada Natron Gölü hər kəsi heyrətə salır. Belə ki, vəhşi təbiətinə və canlıların duzdan heykəllərə çevirilməsinə görə tanınır. Şimali Tanzaniyada olan Natron gölü, Şərqi Afrikanın Böyük Rift Vadisinin cənubuna qırıq bir bilərzik kimi düzülmüş bir neçə soda gölündən biridir. Göl "Natron" adını, «Təbii natrium karbonat, soda və ya natrium hidroksid» tərkibindən alıb.
Sıx miqdarda duz ehtiva etdiyi üçün zaman- zaman suyun istiliyi 60° C-ə qədər ola bilir. Bu göldə sadəcə flaminqolar, yosun və alcolapia acalica, alkaline tilapia kimi balıq növləri yaşaya bilir.

Samirə Tağıyeva, “İki sahil”