KÖŞƏ

Vəli İlyasov

Həqiqət anı...

02 dekabr 2021 02:14
556

Adamın heç inanmağı gəlmir. “Cəbrayıla yol çəkəcəm” deyən Paşinyan yəni bu qədər ağıllanıb? Bu həmin Paşinyandır ki, “Qarabağ Ermənistandır. Nöqtə” deyirdi. Bəs nə oldu Paşinyan, indi ağıllanmısan inadkar oğlan?

“Hraparak” nəşrinin məlumatına əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan Zəngəzurun icma rəhbərləri ilə görüşündə səs-küylü bəyanat səsləndirib. Paşinyan ictimaiyyət nümayəndələrini Qarabağın Azərbaycana məxsus olması fikrinə alışmağa çağırıb. “Qarabağ Azərbaycanındır. Biz sadəcə son 30 ildə özümüzü aldatmışıq. Sonda baş verməli olan baş verdi”, - baş nazir bildirib.
Görüşdə iştirak etmiş icma nümayəndələri baş nazirin bu fikirlərinə qoşulduqlarını dərhal açıq şəkildə bildirməkdən boyun qaçırıblar.
Bundan başqa, Nikol Paşinyan vurğulayıb ki, Sünik vasitəsilə Azərbaycandan Naxçıvana gedən yolların açılmasına ehtiyac var, çünki hazırkı vəziyyətdən başqa çıxış yolu yoxdur: “Əks təqdirdə, Bakı Naxçıvana çıxışa hərbi yolla nail olmağa çalışacaq. İrəvanın isə qarşıdurma üçün lazımi qədər resursu yoxdur”.

“Hayeli” saytı isə görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin sıfır öhdəlik götürdüyünü yazır. Sayt qeyd edir ki, Azərbaycan əsirləri (saxlanılan erməni terrorçular) qaytarmayacaq, qoşunlarını çıxarmayacaq: “Əliyev sərhədlərin delimityasiya edilməsinə nail oldu. Nikol Paşinyan isə Ermənistana əliboş qayıtdı”.

Sayt yazır ki, Əliyevlə Paşinyanın yazılı şəkildə nəyi razılaşdıqları məlum olsa da, onların “şifahi anlaşması”nın məzmunu məlum deyil. “Təcrübə göstərir ki, şifahi razılaşmalar Ermənistan üçün ölümcül olur. Misal üçün, 10 noyabrdan sonra Gorus-Qafan yolunun 21 kilometrlik ərazisinin qaytarılması şifahi razılaşma ilə olub”, - məqalədə bildirilir.

Sayt Paşinyanın görüşdən sonra verdiyi açıqlamalara diqqət çəkir. “Nikol bildirdi ki, əgər görüşdən öncə müəyyən fikir ayrılıqları olsa da, müzakirələrdən sonra Azərbaycanla bütün məsələlərdə tam anlaşma əldə olunub. Paşinyan əlavə heç nə demədi, amma Əliyev görüşdən bir gün sonra Aşqabadda “Zəngəzur dəhlizi” məsələsinin həll edildiyini açıqladı. Nikolun təbliğatçıları dəhlizin olmadığını, sadəcə yol veriləcəyini deyir, halbuki, reallıq fərqlidir. Müharibədə də eyni ssenari baş vermişdi. Azərbaycan Ordusu Cəbrayıla nəzarəti bərpa edəndə, Paşinyanın komandası bunu təkzib edirdi, hücum edənlər Hadruta çatanda yenə təkzib etdilər. Nəhayət, Şuşaya çatanda etiraf etməyə məcbur oldular, onda hər şey qurtadı və Nikol Paşinyan kapitulyasiya aktını imzaladı. Dəhlizlə bağlı da eyni şey olacaq”.

“Hraparak” nəşri də yazır ki, Soçidə Əliyev Zəngəzur dəhlizinin açılmasına nail olub. Əlbəttə, bu, Azərbaycanın haqqıdır. Naşükür ermənilər özlərini lap torpaq sahibi kimi iddialı aparsalar da, nəhayət öz yerlərində oturduldular. Bu həyasız toplum öz torpaqlarımızla bizimlə alver etməyə cəhd etməkdən belə çəkinmirlər. Elə bil dədə-babalarının torpağıdır. Naxçıvanla aramıza girib yollarımızı bağlamaqdan utanıb geri çəkilmək əvəzinə hələ dirəniş də göstərməyə çalışırlar. Ermənilər sanki bizə məcburi güzəştə gedirlərmiş kimi gah əsəbiləşir, gah da adətləri üzrə məzlumcasına ağlayıb-sıtqayırlar. Bəli, Azərbaycan vaxtilə itirdiyi torpaqları ilə irəliləyəcək, hələ o yana da keçəcək! Azərbaycan Naxçıvanla İrana, Türkiyəyə və bütün türk dünyasına çıxacaqdır. Çünki Zəngəzur dəhlizi Azərbaycana öz iqtisadi qüdrətini daha da yüksəltməyə geniş imkanlar açacaqdır.

Məhərrəm Ağalaroğlu
Anama məktub
Elşad Miraləm
BİZ KİMİK?