Bəzi xəstəlikləri insanın gözündən oxumaq olar. Bu haqda rusiyalı oftalmoloq-həkim İrina Şanqiçeva məlumat verib. Məsələn, avtoimmun patologiya və ya diabet gözün damar sisteminə baxaraq aşkar edilə bilər. Həkim əlavə edib ki, müntəzəm stress və pis vərdişlər görmə qabiliyyətinə mənfi təsir göstərir.
“Oftalmoskopiya vazokonstriksiya və tıxacları görməyə imkan verir. Zülalların sarı rəngdə olması qaraciyər xəstəliklərinə işarədir.Qabarıq və parlaq gözlər tiroid vəzinin funksiyasının pozulması əlaməti ola bilər ",-deyə həkim izah edib.
Nubar Süleymanova, “İki sahil"