02 dekabr 2021 19:35
491

Mədəniyyətlərarası dialoq forumu gələn il Bakıda keçiriləcək

“Azərbaycanın inkişafı, ümumilikdə dünyanın rifahı sülhdən keçir”.

“İki sahil” xəbər verir ki,  bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət naminə sülh” qlobal kampaniyasının Tərəfdaşlıq Forumunda deyib. Nazir bildirib ki, mədəniyyət, təhsil və digər komponentlərlə sülhə töhfə verməliyik: “Bütün qlobal səviyyədə təmsil olunmaq üçün bu komponentlər əsasdır. Dayanıqlı inkişafa olan töhfələrimiz dayanıqlı sülhdən keçir. Azərbaycan Bakı prosesində və bugünkü yeni sülh mədəniyyəti prosesində, beynəlxalq arenada da sülhü təbliğ edəcək. Bu sadəcə, regiondaxili olmayacaq. Mən hesab edirəm ki, mədəniyyət naminə sülh təşəbbüsü artıq dəstək alıb. Əminəm ki, bizim bu konsepsiya gələcəkdə də lazımi səviyyədə tanınacaq və qəbul ediləcək. Beynəlxalq maraqlı tərəflərin dəstəyini qazanacağımıza ümid edirik. Artıq fəaliyyət planını hazırlayırıq. Burada çox mühüm məqamlar öz əksini tapacaq. Sülhün təmin olunmasında və dialoqun qurulmasında bu təşəbbüs bizə dəstək göstəcək. Biz mədəni gücə, yumşaq gücə inanırıq. Sülh quruculuğu prosesinin digər vacib elementlərinin də sülh konsepsiyasında ehtiva olunacağına şübhəmiz yoxdur”.

Nazir, mədəniyyətlərarası dialoq forumunun baş tutacağını da bildirib: “Bu forum gələn il Bakıda keçiriləcək. Ümid edirəm ki, bu proses bizim gələcək tədqiqat və araşdırmalarımız üçün yaxşı zəmin formalaşdırılacaq”.