Kartof və insan arasında bənzərlik
Kartof radio dalğalarını insan bədəni ilə eyni şəkildə əks etdirir və udur, buna görə də bəzən insanları əvəz etmək üçün istifadə olunur. Məsələn, “Boeing” real sərnişinlər əvəzinə oturacaqlara yerləşdirilmiş çantalara yığılmış 9 ton kartofdan istifadə edərək öz təyyarələrində “WiFi” siqnalının yayılmasını sınaqdan keçirib.
İtlər ekstrasensdir?
İtlərdə iybilmə çox güclüdür. Sahibi evdən çıxdıqdan sonra otaqda qalan qoxusunun intensivliyinin azalmasından itlər artıq onun nə vaxt dönəcəyini təxmin edə bilirlər və gözləməyə başlayırlar.
Xüsusi valyuta
Aviaşirkətlər öz valyutalarından –NVV (Neytral Valyuta Vahidi) istifadə edirlər, bu, uçuşlar və transferlər üçün hesablaşmaları sadələşdirməyə kömək edir. Valyuta məzənnəsi Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası tərəfindən müəyyən edilir.
Təkcə baş kifayətdir
İlanın bədənindən kəsilmiş başı zəhərli olarsa, öz dişləmək qabiliyyətini saxlayır. Bu yaxınlarda Texas sakini Milo Sutkliff onu kürəklə vurduqdan və kəsilmiş başını atmağa çalışarkən ilan sancmasından əziyyət çəkib.
Reseptsiz dərmanlar
Geniş yayılmış ağrıkəsicilərin psixoloji vəziyyətə təsiri müəyyən olunub. Emosiyaları zəiflədir, koqnitiv funksiyaya təsir edir.
Həssas hörümçəklər
Hörümçəklərin bəzi növləri (Cheiracanthium) uçucu benzin buxarlarına çox həssasdır. Bu,bir dəfə “Mazda”nı 2010-2012-ci illərdəki avtomobillərini təcili geri çağırmağa məcbur etdi. Hörümçəklər yanacaq sisteminin borularında birbaşa hörümçək torları qurmuşdular, bu da avtomobilin işini pozaraq yanğın riskini artırdı. Yanacağın təzyiqinə daha yaxşı nəzarət etmək və bu kimi problemləri aşkar etmək üçün şirkət proqramı yeniləməli olmuşdu.
Ura, sıyıq
İnsanların istəkləri oyanıq saatlarda güclənir və toplanır. Təsadüfi deyil ki, insanların çoxu hər gün eyni səhər yeməyini məmnuniyyətlə yeyirlər, ancaq nahar və şam yeməyində fərqli şeylər istəyirlər.
Nubar Süleymanova, “İki sahil”