Beta-karotin ağciyər və mədə xərçəngi riskini artırır. Bu barədə Britaniyanın “Daily Express” xəbər portalının materialında ekspertlər bildiriblər.
Bədənin normal fəaliyyəti üçün əsas qida mənbəyi qidadır. Beta-karotinin artıq istehlakı təhlükəli ola bilər. Beta-karotin bədənin öz-özünə istehsal etmədiyi A vitamininin xəbərçisidir. Bitki tərkibli qidaların qəbulundan yaranır. Bir çox insanlar gündəlik rasiondan bu elementi almaqdansa, qida əlavələrinə üstünlük verirlər.
“Həkim tövsiyəsi olmadan gündə yeddi milliqramdan çox beta-karotin qəbul etməməlisiniz. Siqaret çəkən və ya asbestə məruz qalan insanlar üçün beta-karotin əlavələri tövsiyə edilmir ",-deyə məqalədə bildirilir.
Beta-karotin mənbələrinə ispanaq, yerkökü, qırmızı bibər, manqo, ərik daxildir. Xərçəngə tutulma ehtimalını azaltmaq üçün siqareti atmaq, düzgün qidalanmaq və sağlam çəkini saxlamaq vacibdir.
Nubar Süleymanova, “İki sahil”