07 dekabr 2021 10:58
793

Bu ölkədə oğlan uşaqlarına ən çox verilən ad Məhəmməddir

Məhəmməd adı İngiltərədə ən populyar oğlan adı olaraq qalır.

"BabyCentre" tərəfindən yayılan məlumata görə, Muhammed, Muhammad, Mohammed və ya Mohammad kimi fərqli yazılışlara malik Məhəmməd adı artıq 5-ci ildir ki, siyahının başında yer alır.

“İki sahil” xəbər verir ki,  2-ci və 3-cü yerləri tutan Nuh və Oliver adları ötənilki mövqelərini qoruyur.

Həmçinin, 100 ən populyar oğlan adları siyahısına Ömər (79) və Abdul (90) isimləri də daxildir.

Qız adları siyahısında Olivia ötən il 2-ci yerə endikdən sonra bu il yenidən zirvəyə yüksəlib. Sofiya adı isə 2-ci yerə düşüb.

Bununla yanaşı, Fatimə və Nur adları da 100 ən yaxşı qız adları siyahısına daxil olub.