07 dekabr 2021 17:00
964

Təhlükəli tromblaşmanın qarşısını almaq üçün bunları yeyin

Bəzi qidalar qanın infarkt və insulta səbəb ola bilən laxtalanma riskini azaldır. Bu barədə danışarkən ekspertlər ilk öncə pomidorun faydasını vurğulayıblar. Pomidor ürək, qan və damarlar üçün faydalıdır. Məhsulun tərkibində olan C vitamini və likopen immunitet sisteminin fəaliyyətini yaxşılaşdırır və xolesterinin səviyyəsini normallaşdırmağa kömək edir.

Sarımsaq qan təzyiqini normallaşdırır. Qan damarlarını təmizləyir və infeksiyalarla mübarizə aparır. Kayen bibərinin tərkibində təbii qan durulaşdırıcı agent olan salisilat var. Sarıkök və darçın bir çox faydalı xüsusiyyətlərə malikdir. Onlar "pis" xolesterolu bədəndən çıxararaq, yığılmasının qarşısını alırlar.

Zəncəfil trombositlərin toplanma riskini azaldır və qan damarlarında yağlı maddələrin əmələ gəlməsi ilə mübarizə aparır. Zəncəfil çayı soyuqdəymədən qoruyur.

Ananasın tərkibində bromelain var. Komponent müxtəlif iltihabları effektiv şəkildə aradan qaldırır. Zoğal, böyürtkən, moruq kimi giləmeyvələr antioksidant xüsusiyyətlərə malikdir. Giləmeyvələr bədəni zərərli və zəhərli maddələrdən təmizləməyə kömək edir, həmçinin immunitet sistemini gücləndirir.

Nubar Süleymanova, “İki sahil”