07 dekabr 2021 17:34
973

Koronavirusa qarşı immunitet formalaşdırmaq üçün möhtəşəm dördlük

Faydalı vitaminlərin olmaması immunitet sisteminin zəifləməsinə səbəb ola bilər ki, bu da onu müxtəlif xəstəliklərə, o cümlədən koronavirusa qarşı həssas edir.

“Public Health Nutrition” elmi jurnalı alimlərin immun sistemini gücləndirən 4 maddənin adını açıqladığı bir araşdırmanı dərc edib: sink, A vitamini, D vitamini və omeqa-3.

D vitamini çatışmazlığı sümüklərin zəifləməsinə, ürək-damar sistemində problemlərə səbəb olur və maddələr mübadiləsini pozur. Alimlər vurğulayıblar ki, sink, patogen orqanizmlər orqanizmə düşən zaman immunitet sisteminin müqavimətini artırır.

 Onlar bildiriblər ki, omeqa-3 maddəsi də orqanizmin təhlükələrə güclü reaksiyasının formalaşmasında iştirak edir, turşular xəstəliyin öhdəsindən daha yaxşı gəlməyə imkan verir. A vitamini də oxşar xüsusiyyətlərə malikdir.Tənəffüs yolları xəstəliklərindən və mədə-bağırsaq infeksiyalarından qoruyur.

 Lakin tədqiqatçılar vitamin qəbulundan əvvəl mütləq orqanizmdə vitamin çatışmazlığının olub-olmadığını müəyyən edəcək mütəxəssisə müraciət etməyi məsləhət görürlər.

Nubar Süleymanova, “İki sahil”