09 dekabr 2021 17:51
926

Çin ABŞ, Avstraliya, Böyük Britaniya və Kanadanı hədələyib

Pekin Olimpiadasının diplomatik boykotunu dəstəkləyən ölkələr səhv qərarlarının əvəzini “ödəyəcək”. Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin bir sıra ölkələrin Olimpiadaya elan etdiyi diplomatik boykotu şərh edib.

“ABŞ, Böyük Britaniya, Avstraliya və Kanada Olimpiya platformasından siyasi manipulyasiya üçün istifadə edirlər, onların bu hərəkəti dəstək almayacaq və buy olla daha da özlərini təcrid etmiş olurlar. Onlar səhv hərəkətlərinin əvəzini ödəyəcəklər”, -deyə diplomat brifinqdə bildirib.

O, əlavə edib ki, idmanın siyasətlə heç bir əlaqəsi yoxdur. Xarici İşlər Nazirliyinin sözçüsü Pekin Olimpiadasının idmançıların və idman həvəskarlarının möhtəşəm görüşü olduğunu vurğulayıb.

 Xatırladaq ki, bir qədər əvvəl Moskva da Çindəki yarışların boykot edilməsinə reaksiya vermişdi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, ABŞ hakimiyyəti dünya idman arenasında hökmranlıq etmək istəyir.

Nubar Süleymanova, “İki sahil”