09 dekabr 2021 18:15
865

Ürək-damar xəstələri COVID-19-dan belə qorunsun

Ürək və damar xəstələri COVID-19 xəstəliyini daha ağır keçirir. Belə ki, bu cür xəstələr arasında ölüm riski daha yüksəkdir.

"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, ürək və damar xəstəlikləri olanlar bunlara diqqət etməlidirlər:

İlk növbədə artıq çəki almağın qarşısını almaq, idman etmək, immuniteti gücləndirmək lazımdır.

Uzun müddətdir həyatımızda olan koronovirus infeksiyası həyat tərzimizi tamamilə dəyişib. Əvvəl daim pəhriz saxlayanlar, indi immunitet düşməsin deyə, daha çox qidalanırlar.

Pandemiyada çoxları idmanı atdı. Hərəkətsizlik piylənməyə səbəb olan amillərdəndir. İdman etmək ürək və damar xəstəliklərindən qorunmağa yardım etdiyi kimi, simptomları da azaldır. Buna görə də idman zalına getməsəniz belə açıq havada gəzin. Yürüyüş üçün vaxt ayırın, gedəcəyiniz yerə ayaqla gedin.

Lazımi qədər yatmaq orqanizmi gücləndirən amillərdəndir. Ən az 8 saat yatmağa diqqət edin. Ürək xəstəliklərində problemin daha da artmasına yuxusuzluq səbəb olur. Eyni zamanda yuxusuzluq immuniteti salır.

Çalışın qidalanmanıza da fikir verəsiniz. Şəkərli qidalardan, şokolad, peçenye, kremli qidalar, makaron vasitələri, sosiska, hazır meyvə suları immuniteti aşağı salır. Ürək və damar xəstələri duz qəbulunu azaltmalıdır. Səhərlər duza qoyulmuz zeytun sevirsinizsə, onu əvvəlcədən suda yuyun. Spirtli içki və siqaretdən uzaq olun.

Vitamin qəbulu mütləqdir. Bunu meyvə və tərəvəzlərlə əvəzləyə bilərsiniz. Çalışın portağal, alma, kivi, alma kimi meyvələri çox yeyin. D vitamini istifadə edin.