Aviasiya on ildən çoxdur ki, sürətlə inkişaf edir, buna görə də heyrətamiz təyyarələrin müntəzəm olaraq bazarda görünməsi və insanları təəccübləndirməsi artıq heç də qeyri-adi hal deyil. Bəziləri əla texniki xüsusiyyətlərə malikdirsə, digərləri o qədər irimiqyaslıdır ki, hündürlükdə çoxmərtəbəli binalarla və eninə görə isə futbol meydançaları ilə rəqabət apara bilərlər. Aşağıda dünyanın beş ən iri təyyarəsi ilə tanış ola bilrəsiniz:
An-225 “Mriya”

Son otuz il ərzində An-225 “Mriya”1989-cu ildən bəri planetin ən böyük və ən güclü nəqliyyat layneri statusunu qürurla daşımağa davam edir. O. K. Antonov adına OKB-nin mütəxəssislərinin köməyi ilə dizayner Viktor Tolmaçev tərəfindən tikilmişdir. Maksimum uçuş çəkisi üzrə rekorda sahibdir.
Təyyarə hazırlandıqdan sonra qısa müddətdə fəal şəkildə istifadə edilməyə başlanıldı, baxmayaraq ki, o, müəyyən bir məqsədlə qurulmuşdu: Sovet kosmik gəmisi Buran və raket gücləndiriciləri “Energia”nın daşınması.
Hazırda An-225 bir sıra digər hava nəqliyyatı əməliyyatları üçün də istifadə olunur. Artıq 2004-cü ildən bu nəhəng təyyarə 240-dan çox rekorda imza ataraq “Ginnesin Rekordlar Kitabı”na daxil edilib.
“Aero Spacelines Super Guppy”

Bu təyyarənin vizit kartı onun xarici görünüşüdür. Quppi (lepist balığı) balığını xatırladan təyyarə elə bu səbəbdən “Super Guppy” adlanır. O 1965-ci ildə tikilib, indiyədək təyyarənin cəmi beş ekzemplyarı istifadə olunub.
Onlar kommersiya təşkilatları tərəfindən iri yüklərin və müxtəlif ölçülü yüklərin daşıyıcısı kimi, eləcə də NASA-nın kosmik gəmilərinin və raketlərinin komponentlərinin daşınması üçün istifadə edilmişdir.
“C-5 Galaxy”

Bu təyyarə kommersiya təşkilatları tərəfindən iri və müxtəlif ölçülü yüklərin daşıyıcısı kimi, eləcə də NASA kosmik gəmilərinin və raketlərinin komponentlərinin daşınması üçün istifadə edilmişdir.
Amerikanın “C-5 Galaxy” təyyarəsinin yükdaşıma gücü 135 tondur ki, bu da onun keçən əsrin yetmişinci illərinin əvvəllərindən ABŞ ordusu tərəfindən müntəzəm olaraq idarə olunmasının əsas səbəbidir. C-5-in göyərtəsində altı “McDonnell Douglas AH-64 Apache” helikopteri və ya altı ədəd “M1126/M1135 Stryker “zirehli personal daşıyıcısı, bir müasir “M1 Abrams” tankı (köhnə model hətta iki) və ya 345-ə qədər əsgər və zabit yerləşə bilər.
“Boeing 747 Dreamlifter”

Yuxarıda qeyd olunan nəhənglərdən fərqli olaraq, “Boeing 787 Dreamliner” nisbətən yaxınlarda - iyirmi birinci əsrin əvvəllərində istehsal edilmişdir. Əslində, bu, “Boeing 747-nin Super Guppy”nin xüsusi yük bölməsi ilə bir növ sintezidir.
Bu cür transformasiyalar ona gətirib çıxarıb ki, yeni yük layneri “747-400F” yük təyyarəsinin həcmindən üç dəfə çox yer tuta bilir. Lakin onun fəaliyyət istiqaməti çox dardır – “Boeing 747 Dreamlifter “öz prototipinin bütün dünya üzrə komponentlərini daşımaq üçün istifadə olunur.
An-124 "Ruslan"

Antonov Konstruktor Bürosunun və şəxsən dizayner Tolmaçevin başqa bir ideyası olan “An-124 Ruslan” dünyanın ən böyük hərbi təyyarəsidir. Qırx ilə yaxındır ki, fəaliyyət göstərir: əvvəlcə SSRİ Hərbi Hava Qüvvələrində, hazırda isə Rusiyada.
Onu tez-tez Amerika “C-5 Galaxy”si ilə müqayisə edirlər: məlum olub ki, ikincisi daha yüksək praktik məsafəyə malikdir, lakin rus təyyarəsi əslində qərb təyyarəsindən daha çox daşıya bilər. Ümumilikdə 55 ədəd “An-124” tikilib, onlardan fəal istifadə olunur və uzun müddət də istismarı planlaşdırılır.
Nubar Süleymanova, “İki sahil”