13 dekabr 2021 15:28
3453

Üç ölkəni ayıran çay: Parana/FOTO

Mərkəzi Amerikada yerləşən Parana çayı Braziliya, Paraqvay və Argentina kimi ölkələri bir-birinə birləşdirən və ayıran yeganə vasitədir.

Parana çayı portuqalca Rio Parana, ispanca Río Parana adlanır. Cənubi Amerikada Amazon çayından sonra ikinci ən böyük çaydır. Mərkəzi Braziliyanın cənub-şərq hissəsindəki yayladan başlayan çay Uruqvay çayı ilə birləşərək Atlantik okeanında geniş Rio de la Plata estuarini əmələ gətirir. Estuari dənizə tərəf geniş açılmış qıfabənzər çay mənsəbi deməkdir. İquasu çayı isə 1320 km uzunluğunda Paraqvay və Argentina arasından axıb və daha sonra Parana çayına qovuşduğu yerdə Braziliya-Argentina-Paraqvay ölkələrini birləşdirir. Parananın təxminən 2,8 milyon km²-lik su hövzəsi Braziliyanın cənub-şərqinin çox hissəsini, Paraqvayın və Argentinanın şimalının əhatə edir. Mərkəzi Amerikanın bu üç ölkəsini birləşdirən çayda eyni vaxtda üç ölkəni də müşahidə etmək olar.

Çayı qayıqla keçməklə üç ölkəyə birdən səfər etmək də mümkündür. Ancaq bu yolu sınamaq kifayət qədər risklidir. Çünki keçdiyiniz ölkənin polisi sizi ölkəyə qanunsuz daxil olmuş miqrant kimi həbs edə bilər.

Vüsal Cahanov, “İki sahil”