13 dekabr 2021 22:57
744

2021-ci ilin ən yaddaqalan ixtiraları - FOTOLAR

Bu yazıda 2021-ci ilin yüksək texnologiyalara malik olan ixtiraları ilə bağlı topladığımız maraqlı məlumatları təqdim edirik.

Toyota şirkətindən "ağıllı şəhər" "Women City"

“Japan Times”in verdiyi məlumatlara görə, məşhur “Toyota” şirkəti 2021-ci ilin fevralın 23-də Fujiyama dağının ətəyində "ağıllı şəhər" “ Woven City”nin təməlatma mərasimini təşkil etmişdir. Deyilənlərə görə, şəhər robototexnika və yeni texnologiyaların sınaq meydanına çevriləcək.

“Toyota” şirkətinin işçiləri də daxil olmaqla həmin şəhərin 360 nəfərə qədər sakini olacaq. Zamanla şəhər əhalisinin 2000 nəfərə çatdırılması planlaşdırılır.

“Toyota” şirkəti bu layihəni muxtar vasitələrin, robotların, “ağıllı evlər”in, süni intellektin , yaşıl enerjinin və digər texnologiyaların gerçək bir mühitdə sınaqdan keçiriləcəyi bir "canlı laboratoriya" adlandırır. Karbon səviyyəsini minimuma endirmək üçün şəhərin binaları əsasən ağacdan hazırlanacaq və bu tip evlər sakinlərin sağlamlığını qorumaq üçün inşa ediləcək.

Şəhərin əsas dizayneri danimarkalı memar Bjarke Ingelsondu.

“Boston Dynamics” şirkətinin yeni robotu

2021-ci ilin mart ayının sonunda şirkət, anbarlarda və istehsal mərkəzlərində istifadə üçün xüsusi olaraq hazırlanmış ilk ticarət modeli olan "Stretch" robotunun buraxılışını elan etdi. Çoxfunksialı "Stretch" robotu əsasən daşıyıcı rolunu oynayır və qarşısına qoyulan əşyaları bir yerdən digər yerə tez və səliqəli şəkildə daşıyır. Robot 2022-ci ildə satışa çıxarılacaq. Onu sifariş etmək istəyənlər əvvəlcədən sifarişi rəsmi "Boston Dynamics"veb saytına göndərməli olacaqlar. Hələ də onun dəqiq dəyəri barədə məlumat yoxdur.

Qeyri-adi dizayna malik olan “Sedan” avtomobili

Bu ilin yayında Elon Musk daha bir rekorda imza ataraq, dünyanı bütün hibrid avtomobillərin ən sürətli modeli ilə tanış etdi. "S Plaid Tesla "adını daşıyan qeyri-adi dizayna malik olan bu Sedanın qiyməti təxminən 130.000 dollardır. Əsasən elektrik ilə işləyən, 1.020 at gücü ilə digərlərindən seçilən " S Plaid Tesla" nın maksimum sürəti 320 km / saatdır.

Şəffaf qatarın layihəsi

2021-ci ilin iyul ayında Fransız dizayner Tyerri Qoqen yeni sürət qatarının layihəsini təqdim edib. Çox maraqlıdır ki, həmin qatar şüşədən hazırlanacaq. Onun dəyəri isə təxminən 350 milyon dollar olacaq. Məşhur dizaynerin sözlərinə görə, layihənin reallaşması üçün 2.5 il vaxt lazımdır.

O, həmçinin qeyd edib ki, yeni sürət qatarı lüks interyerə malik olacaq. Onun vaqonlarında hətta meyvə bağlarına da yer ayrılacaq.

Qeyd edək ki, uzunluğu 400 metr olan şəffaf qatar 14 vaqondan ibarətdir. Saatda 160 km sürətlə hərəkət edəcək eksklüziv qatar 18 nəfər sərnişin üçün nəzərdə tutulub.

Dünyanın ən sürətli internet şəbəkəsi

Bu gün Ümumdünya İnternet şəbəkəsi ünsiyyət, təhsil və onlayn iş üçün əvəzolunmaz bir vasitədir və məhz buna görə də provayderlərə olan tələblər durmadan artır. Bu ilin iyul ayında yaponlar, yüksək sürətli İnternet şəbəkəsi yaratmaq üçün rekord sürətə malik olan 3001 kilometr və 319 Tbit / s olan 4 nüvəli optik kabel yaratdılar. Yəni , bu kabel 3001 kilometrdən çox məsafədə məlumatı saniyədə 319 terabit sürətlə ötürməyə imkan verir. Belə bir texnologiya möcüzəsi Milli Rabitə və Texnologiya İnstitutunun (NICT - Milli Rabitə və Texnologiya İnstitutu) mühəndisləri tərəfindən hazırlanmışdır. Bu kabelin xüsusiyyətləri haqqında ətraflı məlumatı NICT -in rəsmi saytında tapa bilərsiniz.

Nəhəng tozsoran

Finlandiyanın “Trombia Technologies” şirkəti Trombia Free” adlı cihaz küçələrin təmizlənməsi üçün nəhəng bir tozsorandır.

Bu yaxınlarda bu robot-tozsoran haqqında “New Atlas” nəşrində məlumat dərc edilmişdi.

Robot tozsoranın uzunluğu 3,5 metr, eni isə təxminən 2,3 metrdir. Dəqiq desək, əlavə şotka ilə birlikdə eni 3 metrə çatır. Maksimal sürəti saatda 10 km-dir. Qeyd edək ki, qeyri-adi cihaz məhz gecələr insanlar olmayan küçələri yığışdırır.

“Trombia Free” tozsoranı, həmçinin kamera və sensorlarla təchiz edilib. Həmin sensorların köməyi ilə marşrut xətti müəyyənləşdirir. Nəhəng tozsoranın işləmə gücü akkumlyatorunun gücündən asılı olaraq, saatda 45,6-91,2 kilovatt arasındadır.

Yeməkləri yoxlayan cihaz

İstehsalçılar artıq qidaların yararlı olub-olmadığını göstərən xüsusi bir cihaz icad ediblər. Son illər ərzində icad olunan "Peres" cihazı vasitəsi ilə smartfon və ya tabletdən istifadə edərək yeməyin son istifadə tarixini təyin etmək mümkündür. Cihaz rütubətə, istiliyə və məhsulda ammonyak varlığına cavab verən, həmçinin parçalanma prosesini müşayiət edən dörd sensora malikdir. "Peres"cihazından istifadə etməzdən əvvəl "bluetooth" bağlantısı vasitəsilə bir smartfona qoşulmalı və cihaza işin nəticəsini göstərən xüsusi bir tətbiq qurmalısınız. Sonradan cihazı məhsula doğru yönəldib ,düyməni basmalısınız.

Alkoqol əleyhinə maska

Kanadalı alim Cozef Fişer bəşəriyyətin ən önəmli bəlalarından olan alkoqolizmdən azad omaq üçün alkoqol əleyhinə olan "ağıllı maska" yaradıb. Oksigen "maska"sına bənzər cihaz xüsusi elastik bir hortumla bağlanan kiçik bir çamadanı xatırladır. Bu qeyri-adi cihaz qısa müddətdə alkoqolu insan orqanizmindən xaric edir. Qeyd edək ki, təzyiq göstəricisi olan parlaq mavi bir çantada oksigen deyil, sadəcə adi bir karbon qazı var. "Maska"nın içinə düşən bu qaz insanı tez -tez nəfəs almağa vadar edir. Kanadalı alim qeyd edib ki, onun yaratdığı cihaz orta hesabla 2-3 saat əvəzinə cəmi 45 dəqiqə ərzində insan orqanizmindəki spirtin miqdarını yarıya endirir. Təəssüf ki, maskanın qiyməti çox bahadır və hər kəs onu əldə edə bilmir. (təxminən 15 min dollar)

Samirə Tağıyeva, “İki sahil”