14 dekabr 2021 11:52
1016

Dünyanın ən sürətli krossoveri BAKIDA

Dünyanın ən sürətli krossoveri Bakıda görüntülənib.

“İki sahil” xəbər verir ki, söhbət “Porsche”nin “Cayenne TURBO GT” modelindən gedir.

Avtomobil 0 dan - 100 km/saatda cəmi 3,3 saniyəyə sürətlənir. Maksimal sürəti isə 300 km/saatda təşkil edir. Bu göstəricilərlə “Cayenne Turbo GT” modeli dünyanın ən sürətli krossover tipli avtomobili adına sahib olub.

Qeyd edək, ki “Porsche” avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı “Efendiler” MMC şirkətidir.