14 dekabr 2021 14:25
896

Hər kəsin edə biləcəyi qış pəhrizi

Qış aylarında orqanizmdə maddələr mübadiləsi ləngiyir, hərəkətsizlik artır. Orqanizmə zərər verən pəhriz seçimi bu prosesi daha da ləngidir.

"İki sahil" xarici mətbuata istinadən gün boyu yeməkdə yeyə biləcəyiniz qidaları təqdim edir.

Səhər oyananda:

Acqarına bir stəkan limonlu su və ya qoz suyu içə bilərsiniz. Bu sular toxluq hissi yaradır, həzmi asanlaşdırır və arıqlamağınıza kömək edir.

Qoz suyu resepti: Bütöv qozu bir stəkan suda otaq temperaturunda gecə boyunca saxlayın və səhər istehlak edin.

Səhər yeməyi:

1 qaynadılmış yumurta
1 dilimlənmiş turp
cəfəri, şüyüd və ispanaqdan hazırlanmış salat
4 xörək qaşığı kəsmik
1 dilim tam buğda və ya çovdar çörəyi
1 fincan südlü qəhvə və ya şəkərsiz yüngül çay
(1 çay qaşığı sızma zeytun yağı)

Nahar:

İspanaq, kərəviz, pırasa, brokoli.
8 xörək qaşığı az yağlı tərəvəz yeməyi (kərəvəz, ispanaq, pazı, çuğundur, yerkökü kimi tərəvəzlərdən hazırlanan)
1 böyük kasa qatıq
1 dilim çovdar və ya tam buğda çörəyi
Çörək yerinə 4 xörək qaşığı bulqur plovu

Qəlyanaltı:

Qatıq, süd, ayran, kefir, südlü kofe
Qreypfrut, alma, mandarin
qoz, yumurta, çia toxumları
çovdar çörəyi
kök
turp

Şam yeməyi:

6 xörək qaşığı ət və tərəvəz
1 böyük kasa roka, şüyüd, cəfəri salatı
4 xörək qaşığı tərəvəzli bulqur plovu