Alimlərin sözlərinə görə, səhərləri həyat yoldaşını öpərək oyandıran insanların daha uzun ömürlü olduğu deyilir. Bu ənənə xüsusən də, kişilər tərəfindən çox sevilir.
2006-cı ildə aparılan bir araşdırmada bəlli olub ki, fədakarlıq evlilikdə səadət və hüzuru təmin etməkdə böyük rol oynayır. Araşdırmada iştirak edənlərdən sevgidə nə qədər fədakar olduqları soruşulub. Daha sonra müsbət və mənfi cavab verənlərin rəyləri ölçülüb. Məlum olub ki, fədakar olanların ailələri daha uzun ömürlü və sağlam olur.
Statistik göstəricilərə görə boşanma hallarının 60 faizi evliliyin ilk 7 ilində baş verir.
Evlənən zaman üzük taxmaq adəti Qədim Misir və Roma dövrlərindən qalıb. Misirlilər, üzüyün başlanğıc və bitişi olmamasını sonsuzluğu təmsil etdiyi üçün uğur gətirdiyini deyib. Tarixə düşən ilk nişan üzüyü almazdan olub və 1477-ci ilə aiddir.
Bəs niyə məhz sol əl və şəhadət barmağa taxılır? Bunun mənasını isə hələ qədimdə müasir tibbin bu qədər inkişaf etmədiyi zamanlara bağlayırlar. Belə ki, o zamanlar ürəyə gedən əsas damarın sol və üzük barmağından başlayıb ürəyə doğru istiqamətləndiyinə inanırdılar . Bu barmağa taxılan üzüklər də evli cütlüyün bir-birinə qəlbən bağlılığını ifadə edirdi. Bu səhv fikir olsa da, lakin bu ənənə bu günə kimi davam etməkdədir.
2009-cu ildə aparılan bir araşdırmada alimlər müxtəlif insanların tələbəlik illərindəki gülümsəməsini qiymətləndirib. Çox gülən və gülümsəməyi sevən insanların demək olar ki, heç biri boşanmayıb. Gülümsəməyən insanların əksəriyyətinin isə ailəsi dağılıb.
Çox maraqlıdır ki, kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir və bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.
Sən demə gəlinlik libasları bütün dövrlərdə ağ rəngdə olmayıb. Tarixdə milli adətlərə görə, mavi, çəhrayı, gümüşü, qızılı, hətta qara rəngli gəlinliklər də mövcud olub. Məsələn Qədim Romada gəlinliklər sarı rəngdə olub. Ağ gəlinliyin tarixi Birləşmiş krallıq və İrlandiya kraliçası Viktorianın 21 yaşında Prins Albert ilə toyundan sonra dəb halını alıb.
Adətən evlənmə təklifi təbii ki, kişilərdən gəlir. Lakin qadınlar da bəzən evlənmə təklifi edir. Qadınların evlilik təklifi etməsi qədim zamanlarda da mövcud olub. 1228-ci ildə Şotlandiyada qadınların kişilərə evlilik təklifi etmə haqqı verildikdən sonra Avropada qadınların evlənmə təklifi etməsi yayılıb.
2010-cu ildə aparılan bir araşdırmada məlum olub ki, evlilik kişilərdəki şiddəti 35 faiz azaldır.
Son illər ərzində aparılan araşdırmalar nəticəsində məlum olub ki, özündən 7-9 yaş kiçik xanımla evlənən kişilərin vaxtsız ölüm riski həmyaşıd xanımlarla ailə quran kişilərdən 11 faiz aşağıdır.
Samirə Tağıyeva, “İki sahil”