Maykl Cordan
İdman kralı kimi tanınan Maykl Cordan 2018-ci ildə "Palm Beach Country"də "1000 North" adlı lüks bir restoran açdı. Qeyd edək ki, onun eksklüziv restoranında xüsusi bir menyu 90 dollardır. Yalnız içki içmək istəyən müştərilər üçün qiymətlər 16 dollardan başlayır. Restoran qeyri-adi salonu və fantastik mənzərəli terası ilə diqqət çəkir. Bu, Maykl Cordanın restoran biznesində ilk təşəbbüsü deyil. O, həmçinin Konnectikutdakı "Steak House" və "Jordan Spot"a da sahibdir.
Beyons
Sosiial şəbəkərdən ən çox gəlir əldə edən məşhurlardan biri Beyonsdur. “İnstaqram”da 99 milyon izləyicisi olan müğənni reklamını edəcəyi hər məhsul üçün 1 milyon dollar tələb edir.
Bergüzar Korel
Seriallardakı obrazları ilə sevilən məşhur aktrisa Bergüzar Koreldə bizneslə məşğul olan məşhurların siyahısına daxildir. Qeyd edək ki, onun “Notcust coffee” adlı qəhvə kafesi var. Kafeyə gələn qonaqlara qəhvə ilə yanaşı Bergüzarın xüsusi resepti ilə hazırlanan peçenyələr də təqdim olunur.
Sting
Dünya şöhrətli musiqiçinin sözlərinə görə, o ac olanda mahnılarını ifa edə bilmir. Ekoloji cəhətdən təmiz və ləzzətli qidalara üstünlük verən Sting 1996 -cı ildə həyat yoldaşı Trudinin təkidi ilə Avropanın ən mənzərəli yerlərindən birində - İtalyan Toskana bölgəsində bir əmlak alır. Hal-hazırda Sting bir villanın və daha 300 hektar üzüm bağı, zeytunluq və mənzərəli çəmənliklərin sahibidir.
2007 -ci ildə Stingin hazırladığı xüsusi şərablar ilk dəfə ABŞ və İngiltərədəki mağazalarda satışa çıxarıldı və peşəkarlar tərəfindən müsbət rəylər aldı.
Müğənninin villasında şərabları dadmaqla yanaşı, yerli istehsal məhsulları - zeytun yağı, bal və salami kolbasasını ala biləcəyiniz bir mağaza da mövcuddur.
Riz Viterspun
"Qanunda olan sarışın" filmində oynayan məşhur aktrisa Riz Viterspun kənardan şıltaq qızcığaza bənzəsə də, lakin yaratdığı obrazın tam əksinə olduqca uğurlu bir iş qadınıdır . Riz Viterspun artıq 24 yaşında olarkən məşhur "Type A Films" filmlərin istehsalı ilə məşğul olan şirkəti qurdu. Qeyd edək ki, aktrisanın şirkəti əsasən "Dörd Milad" və "Penelopa" kimi məşhur filmlərin istehsalı və çəkilişi ilə məşhur oldu. 2012 -ci ildə Rizin şirkəti "Bruna Papandreya" şirkəti ilə birləşdi və yeni yaranan bu şirkətin adı "Pacific Standard" oldu.
Məhz bu şirkətin istehsal etdiyi " Vəhşi " və " İtmiş qız " dedektiv trilleri "Oskar" mükafatına layiq görüldü. Şirkət, eyni zamanda "Böyük kiçik yalan" serialının çəkilişini gerçəkləşdirdi .
2016 -cı ildə tam bir iş qadınına çevrilən Riz Viterspun yaratdığı markanı "Hello Sunshine" multimedia şirkəti ilə birləşdirərək işini daha da genişləndirdi. Riz Viterspun hətta bir neçə dəfə uğurlu bir iş qadını adına layiq görülərək " Time" siyahısında da yer almışdı.
Arda Turan
Məşhur türkiyəli futbolçu Arda Turan gənc yaşlarından bizneslə məşğul olmağa başlayıb.O, əsasən qazandığı pulu qida işinə sərf edib. "Simit Sarayı"nın bəzi şöbələrinə şərik olan Arda "Arşiv" adlı bir restoran da açıb. Buranın mətbəxində orqanik ərzaqlardan türk yeməkləri hazırlanır.
Jessica Alba
Məşhur aktrisa Jessika Alba tez-tez xeyriyyə tədbirlərində fəal iştirak edir və məhz buna görə də onun ekoloji cəhətdən təmiz məhsulların istehsalı ilə məşğul olması heç də təəccüblü deyil. 2012 -ci ildə o, həmçinin bütün təbəqələrə uyğun olan uşaq bezi istehsalı üçün bir fabrik açdı. Daha sonra isə fabrikində körpə kosmetikası və ev üçün kimyəvi maddələr də istehsal edilməyə başlandı.
Hazırda məhsulları yalnız onlayn mağazada deyil, həmçinin "Nordstrom"," Buy Baby", "Costco", "Target" və" Whole Foods" supermarketlərindən də almaq olar. 2021 -ci ilin nəticələrinə görə, Jessica Albanın şirkətlərindən biri təxminən 1,45 milyard dollar qazanıb.
Çanning Tatum
Digər tanınmış aktyor Çanning Tatum da restoran işinə sərmayə qoyan məşhurlar sırasına daxildir. Aktyor Nyu Orleandakı " Saints & Sinners" klubunun, barın və restoranın sahibidir. "Saints & Sinners" restoranının menyusuna burger, dəniz məhsulları və müxtəlif növ makaronlar daxildir.Burada qiymətlər əlverişlidir və cəmi 20 dollara xüsusi reseptlər ilə hazırlanan makaronları dadmaq olar.
Sandra Bullok
"Oskar" mükafatına layiq görülən məşhur aktrisa Sandrok Ballok "Vanity Fair" qəzetinə verdiyi müsahibədə qeyd edib ki, o, bir yerdə durmağı sevən qadın deyil. Sandra biznes ilə bağlı fikirlərini daima yeniləyərək, özünü inkşaf etdirir. Məşhurun sözlərinə görə, onun elə uşaqlıqdan dizayn və marketinqə qarşı marağı olub. Qeyd edək ki, məşhur aktrisa Texasda iki restoran açsa da, təəssüf ki, bir müddət sonra onlardan biri bağlanıb. Lakin ikincisi hələ də fəaliyyət göstərməkdədir. Hal-hazırda restoranını genişlədən aktrisa, çörək zavodu və çiçək dükanı da açıb. Əlavə edək ki, 57 yaşlı aktrisanın ailəsi də Sandranın biznes layihələrində ona çox dəstək olurlar .Məsələn, məşhurun bacısı Gezina onun restoranında administrator kimi çalışır və əsasəndə menyunun hazırlanması ilə məşğuldur.
Til Şvayqer
Til Şvayqer öz biznesinə sahib olan məşhurlar sırasına daxildir. 2016-cı ildə məşhur aktyor Hamburqda bir yer alaraq, orada sadə və cana yaxın restoran açdı. Restoranın dizaynında sadə kənd tərzinə üstünlük verən aktyorun obyektində 200-ə yaxın masa var. Rahat tekstili və sadə üslubu ilə digərlərindən seçilən bu yerdə, həmçinin aktyorun ailəsinin çoxsaylı şəkilləri asılıb. Qeyd edək ki, Almaniyanın məşhur ulduzu həm də otel sahibidir. Baltik dənizinin mənzərəli sahillərində yerləşən"Barefoot"( Ayaqyalın) oteli onun çəkildiyi eyniadlı filmin şərəfinə adlandırılmışdı. Bu balaca oteldə cəmi 57 otaq var bə buradakı qiymətlər də Avropa standartlarına görə çox əlverişlidir. Burada qiymətlər təxminən 90-300 avro arasında dəyişir.
Samirə Tağıyeva, “İki sahil”