15 dekabr 2021 21:40
999

“İlin ən yaxşı mahnısı” uğrunda mübarizədə kim qalib olacaq?

106.3 FM ənənəsinə sadiq qalaraq bu il də "Milli Dalğa" mükafatını verəcək.

“İki sahil” xəbər verir ki, iki həftə sonra radio "İlin ən yaxşı mahnısı" seçəcək.

Bu il isə Faiq Ağayevin "Aman", Aygün Kazımovanın "Dənizin ortasında", Sevda Ələkbərzadənin "Söylə yadındamı?", Hissin "Karma", Röya Ayxan və Raufun "Olar" və başqa mahnılar mübarizə aparacaq.

Qeyd edək ki, bundan öncəki illərdə Xalq artistləri Röya Ayxann "Gizli sevgi", Miri Yusif və Zülfiyyə Xanbabayevanın "İki doğma insan", Şəhid Xudayar Yusifzadənin "Vətən yaxşıdır" mahnıları mükafata layiq görülüb.