Adrenalini tam hiss etməyi sevənlər üçün dünyanın ən uzun və təhlükəli körpülərini təqdim edirik. Əgər sizdə yüksəklik qorxusu varsa, bu körpüləri görmək belə sizi həyacanlandıra bilər.
Hüseyni asma körpüsü, Pakistan
Gilgit-Baltistan bölgəsində 2600 metr yüksəklikdəki Hüseyni qəsəbəsində yerləşən bu körpü Hunza çayının iki sahilini birləşdirir. Körpü bir müddət əvvəl tarazlığını itirsə də, çayın hər iki sahilində yaşayan insanları birləşdirən yeganə yol olduğundan hələ də istifadə olunur.
Trift körpüsü, İsveçrə
Trift buzlağının yaxınlığında yerləşən körpü 170 metr uzunluğu ilə İsveçrə Alp dağlarının ən uzun asma körpüsü kimi tanınır.
Qesvaçaka körpüsü, Peru
Qesvaçaka körpüsü Cuzco şəhərindən 100 km məsafədə yerləşir. Körpü yaxınlıqda yaşayan insanlar tərəfindən itirilmiş İnka sivilizasiyasının 500 il əvvələ aid texnologiyası ilə, hər il yenidən tikilməyə davam edir.
Villiam Moore köprüsü, Alyaska, ABŞ
1976-cı ildə tikilmiş və Alyaskanın Skakvey şəhərini Yukon magistral şəbəkəsi ilə birləşdirən bu körpü ilk baxışdan kifayət qədər təhlükəsiz görünsə də, körpünün maili sütununa daha diqqətlə baxdıqda qorxmamaq mümkün deyil!
Skybridge, Rusiya
Uzunluğu təxminən bir kilometr olan dünyanın ən uzun piyada körpüsü, Soçidəki Skybridge, Krasnaya Polyana vadisi üzərindən keçir.
Kəndir körpüsü, Monte Nimbus, Kanada
Monte Nimbusdakı bir neçə taxtadan və polad kəndirdən düzəldilmiş bir yelləncək kimi sallanan 60 metrlik körpüdə uçmaq təcrübəsi yaşamaq mümkündür.
Taman Neqaranın kəndir körpüləri, Malayziya
Dünyanın ən köhnə yağış meşələrindən biri olan Taman Neqaradakı bu körpülər əvvəlki kimi hündür olmasa da, üzərində olarkən insan həyacan dolu anlar yaşayır.
Karrik-a-Rede körpüsü, Şimali İrlandiya
Təxminən 30 metr hündürlüyündə və 20 metr uzanan bu körpü 350 ildir ki, yaşayış olmayan Karrik adasına çıxışı təmin edir.
Caminito del Rey, İspaniya
İspaniyanın Cənubundakı Malaqa şəhərində dörd kilometrlik dağ yolu olan Caminito del Rey türkcə "Kralın Kiçik Yolu" mənasını verir. Daha əvvəl ölümcül qəzalar yaşandığı və risk yaratdığı üçün uzun müddət bağlansa da, 2015-ci ildə yenidən istifadəyə verilən bu yol dünyanın ən təhlükəli yolu hesab olunur.
Meqhalayanın yaşayan körpüləri, Hindistan
Dünyanın ən çox yağışlı yeri olan Hindistanın Meqalaya əyalətində bölgə əhalisi çayları keçmək üçün güclü musson yağışlarına da davamlı olan təbii üsul tapıb. Kauçuk ağaclarından tikilmiş bu körpülərdən bəzilərinin yaşı 100 ildən çoxdur.
Vüsal Cahanov, “İki sahil”