16 dekabr 2021 16:31
7975

Omikronun beş əlaməti

Bəzi simptomlar COVID-19-un yeni omikron ştamına yoluxma siqnalı verə bilər. Virusun ilk dəfə aşkar edildiyi Cənubi Afrikadan olan mütəxəssislər bu xəstəliyin həyəcanverici əlamətlərindən danışıblar.

Koronavirusun Omikron ştammı bu yaxınlarda ortaya çıxdı, buna görə də mütəxəssislər tərəfindən hələ də tam tədqiq edilməyib. Mütəxəssislər infeksiyanın bu növünün əvvəlkindən fərqli olduğunu irəli sürürlər. Onlar "Omikronun daha tez yayılma qabiliyyətini xüsusi qeyd edirlər, buna görə də insanlar öz sağlamlıqları ilə bağlı daha diqqətli olmalıdır.

Narahatedici əlamətlərə boğaz ağrısı, quru öskürək, həddindən artıq yorğunluq, yüngül əzələ ağrısı və gecə tərləmələri daxildir. Cənubi Afrika Tibb Assosiasiyasının rəhbəri, həkim Ancelika Kutzinin sözlərinə görə, hazırda yeni ştamm "yüngül xəstəlik" statusuna malikdir. Hər bir halda  sadalanan simptomlar PCR testindən keçmək üçün səbəbdir.

Nubar Süleymanova, “İki sahil”