18 dekabr 2021 03:15
984

Xərçəngi 10 il əvvəlcədən aşkar edən test

Yeni test xərçəngi üzə çıxdıqdan 10 il əvvəl aşkar etməyə imkan verəcək.

“İki sahil” xəbər verir ki, Suonsi Universiteti alimləri aşkar ediblər ki, xərçəngin ilk əlaməti eritrositlərdə (qan hüceyrələri) olan mutasiyalardır. Bu mutasiyalar xəstəliyin əsas simptomlarından xeyli əvvəl əmələ gəlir.

Alimlər mutasiyaları aşkar edən sadə qan testi hazırlayıblar ki, bu test bir neçə saat ərzində orqanizmdə xərçəng mutasiyalarının olub-olmadığını aşkar edir. Test artıq xərçəng xəstələri üzərində yoxlanılıb və müsbət nəticələr göstərib.

Alimlərin fikirinə görə, 5 ildən sonra bu test açıq satışda olacaq.