20 dekabr 2021 12:32
1572

Bu dünyada olduğuna inanmayacağınız ada - Sokotra/FOTO

“Yadplanetli ada” kimi tanınan Yəmənin Sokotra adası turistlər tərəfindən tez-tez ziyarət edilir. Adanı maraqlı edən məqam isə özünəməxsus bitki örtüyünün olmasıdır. Gəlin, bu maraqlı ada ilə birlikdə tanış olaq.

Hind okeanının Somali ilə Yəmən arasındakı hissəsində yerləşən bu ada müxtəlif bitki növləri ilə digərlərindən əhəmiyyətli dərəcədə fərqlənir. Çimərliklərinin bənzərsiz görünüşə malik adanın digər diqqət çəkən cəhəti isə ağ qum təpələridir. Fərqli quruluşu ilə seçilən ada Sokotra adlandırılmadan əvvəl “Xoşbəxtlik adası” kimi tanınıb. Sokotra adasının başqa bir məşhur xüsusiyyəti onun maraqlı əfsanəyə sahib olmasıdır. Adanın maraqlı xüsusiyyətləri bununla da bitmir.

Mütləq görülməli başqa bir şey isə “Əjdaha qanı” adlı ağaclardır. Sokotra adasında bu ağaclara tez-tez rast gəlmək mümkündür. Bu ağac növü nadir növdür. Adını isə qədim bir inancdan götürür. Bir rəvayətə görə, bu ağacın gövdəsindən süzülmüş qırmızı rəngli bitki şirəsi qədim zamanlarda yaşamış əjdahaların qanı sayılır.

Zəncəfil görünüşü isə bu ağacın başqa bir tərəfidir.

Şiddətli musson küləkləri səbəbindən iyun və sentyabr aylarında ziyarət edilə bilməyən adaya digər aylarda tez-tez gedilir. Fərqlilik yaradan Sokotra adası eyni zamanda UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib. 7 milyon il əvvəl Afrika qitəsindən qoparaq əmələ gəldiyi düşünülən adada şəfalı bitkilər də var. Adanın təxminən 40 min əhalisi var. Dərin mavi dənizi və ağ çimərliyi olan bu adanın çox sevənləri var. Burada heç yerdə görülməyən 200-dən çox bitki və heyvan növü var.

Ada ərazisində yaşayan əhalinin böyük qismini çobanlar, torpaq sahibləri və balıqçılar təşkil edir.

Vüsal Cahanov, “İki sahil”