Rusiyanın Virusologiya və Biotexnologiyalar üzrə “Vektor” Dövlət Tədqiqat Mərkəzi koronavirusun yeni “Omikron” ştammının fotolarını dərc edilib.
“İki sahil” xəbər verir ki, alimlər ştammın formasını, ölçüsünü və digər morfoloji xüsusiyyətlərini öyrənmək üçün laboratoriyada Vero E6 hüceyrəsini "Omikron"la yoluxdurublar. Hüceyrələr virusa yoluxduqdan sonra altıncı gündə ayrılıb.
Dərc edilmiş fotolarda əksər hallarda hüceyrədaxili şəbəkənin genişlənmiş boruları olan vezikulyar strukturları (qabarcıq) göstərir. Virusu təşkil edən zülallar bu qabarcıqların ətrafında toplanır və müəyyən fiziki və kimyəvi şəraitdə içəriyə nüfuz edərək əlavə bir örtük alır.
"Omikron" ştammının özəlliyi ondan ibarətdir ki, virus yavaş-yavaş toplanır və xəstəliyin altıncı günündə kütləvi hüceyrələrin ölümünə səbəb olmur", - məlumatda vurğulanıb.
Elm adamları ilk dəfə olaraq noyabrın ortalarında Cənubi Afrika, Lesoto və Botsvanada "Omikron" ştammını aşkar ediblər. Bir ay sonra, ÜST bu ştammın artıq 89 ölkədə yayıldığını açıqlayıb. ÜST xəbərdarlıq edib ki, koronavirusun yeni variantı daha çox ölüm və yoluxmaya səbəb ola bilər. Mövcud peyvəndlər isə ona qarşı daha az effektivdir.