21 dekabr 2021 17:35
1486

Qatı qanı dərmansız necə durulaşdırmaq olar?

Müxtəlif lokalizasiyalı trombozlar dünyada ölümlərin təxminən yarısının (infarkt və insult da daxil olmaqla) səbəbidir və koronavirus pandemiyası bu vəziyyəti daha da ağırlaşdırıb. “Buna görə də, hər bir insan öz qanının vəziyyətinə diqqət yetirməlidir”,-deyə rusiyalı kardioloq Anna Koreneviç bildirib.

Onun sözlərinə görə, həkimlər qanı durulaşdırmaq üçün xüsusi dərmanlardan - antikoaqulyantlardan istifadə edirlər, lakin bu dərmanları yalnız həkimin göstərişi ilə qəbul etmək lazımdır. Fakt budur ki, səhv qəbul edilərsə, həyati təhlükəli xoraların, qanaxmaların meydana gəlməsinə səbəb ola bilər. Ancaq qanı özünüzün durulda biləcəyiniz üsullar da var. Bu üsullardan istifadə həm artıq antikoaqulyantlar qəbul edənlərə, həm də hər kəsə məsləhətdir.

İlk növbədə diqqət yetirilməli məqam təmiz su qəbuludur. Anna Koreneviç bildirib ki, digər içkilər nəzərə alınmadan, sutkada təxminən bir litr yarım su içmək lazımdır.

Kifayət qədər su içdiyinizi yoxlamaq üçün qanda hematokritin səviyyəsini ölçdürün. Normadan artıqdırsa, qan qatıdır və daha çox su içmək lazımdır.

Amma qəhvə və spirt, xüsusən də pivə istehlakı azaldılmalıdır, çünki onlar sidikqovucu təsir göstərir, yəni bədəndən suyu çıxarır. Mütəxəssis gündə bir və ya iki stəkandan çox qəhvə içməməyi tövsiyə edib.

Siqaretdən isə tamamilə imtina etmək lazımdır - nikotin qanın qatılığını artırır. Böyük miqdarda sadə karbohidratlar da qanın qatılığını artırır, qan qatı, şirin şərbət kimi olur. Buna görə diabet xəstələrinin tromboz riski digər insanlara nisbətən daha yüksəkdir. Həmçinin duzdan daha az istifadə edilməlidir.

Kifayət qədər su içməklə yanaşı, qanın yayılması üçün mümkün qədər çox hərəkət etməlisiniz. Kardioloqun fikrincə, istənilən variant uyğundur - gəzinti, qaçış və s. İstənilən əlverişli vaxtda, iş günü ərzində isinmə hərəkətləri mütləqdir, xüsusən də vaxtını oturaraq keçirənlər üçün.

Ən əsası isə stress səviyyəsinə nəzarət etməkdir, çünki bu, qan laxtalanmasına təsir edən adrenalinin artmasına səbəb olur. Bundan əlavə, biz stress zamanı tez-tez yeyirik, fikirlərdən qurtulmaq üçün içirik, siqaret çəkənlər daha tez-tez siqaret çəkirlər və s”, - deyə Anna Koreneviç tövsiyələrini yekunlaşdırıb.

Nubar Süleymanova, “İki sahil”