21 dekabr 2021 23:07
849

Sürüşkən yolda qəribə qəza - VİDEO

Rusiyanın Yakutiya Respublikasına yağan qar avtomobillərin hərəkətinə çətinlik yaradıb, magistral yollarda qəzalar baş verib. 

“İki sahil” xəbər verir ki, bu hadisələrdən biri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb.

Görüntüdə qoşqulu yük avtomobilinin yolda hərəkəti dayandıran minik avtomobilini arxadan vurması, sonuncunun isə qarın üzərində sürəşərək yol kənarında dayanmış digər avtomobilə çırpılması əks olunub.

İnsident nəticəsində xəsarət alan olmasa da, minik avtomobillərinə ciddi ziyan dəyib.