“İki sahil” xəbər verir ki, NASA Yupiter planetinin peyki "Ganymede"dən gələn səsləri yayımlayıb.
2016-cı ildə Yupiterə göndərilən "Juno" aparatı planetin ətrafında kəşfiyyat uçuşu gerçəkləşdirərkən "Ganymede"dən gələn elektromaqnit dalğaları qeydə alıb. Dalğaların tezliyi NASA tərəfindən səs diapazonuna gətirildikdə, peykdən qorxunc səslərin gəldiyini eşitmək mümkün olub.