22 dekabr 2021 17:15
819

Koronavirus və qocalmanın sürətlənməsi arasında əlaqə var?

Koronavirusa yoluxmuş insanlarda qocalma prosesi sürətlənə bilər. M.V Lomonosov adına Moskva Dövlət Universitetinin aparıcı elmi işçisi Maksim Skulaçev belə qənaətə gəlib.

Viroloq bildirib ki, qocalma prosesi koronavirusla eyni tərkib hissələrinə malik ola bilər. COVID-19 yaşlanmadan məsul olan damar endotelini zədələyə bilər.

“Nəticədə mənim tərəfdarı olduğum bir konsepsiya var ki, COVID-19 və yaşlanma eyni mexanizmlərdən istifadə edir. Bu, araşdırmağa başladığımız yeni bir mövzudur",-deyə Skulaçev bildirib.

Bu yaxınlarda digər rusiyalı immunoloq Vladislav Jemçuqov açıqlamışdı ki, Delta ştammı xüsusi sağlamlıq təhlükəsi daşıyır. Virusun bu variantı damarların zədələnməsindən asılı olaraq ömrün müddətini azaldır.

Nubar Süleymanova, “İki sahil”