22 dekabr 2021 18:15
1128

Kimlər nanə bitkisindən uzaq durmalıdır?

Rusiyalı həkim-nutrisioloq Mariya Tixomirova orqanizmə ziyan verməmək üçün hansı xəstəliklər zamanı nanədən uzaq durmaq lazım olduğunu açıqlayıb.

“Aşağı təzyiqli insanlar bu bitkidən az istifadə etsələr yaxşıdır, çünki nanə hipotenziv təsir göstərir. Damarlarda tonusu azaltması səbəbindən varikoz damarları üçün də əks göstərişdir. Çox nanə istehlak edən kişilərdə libido azala bilər”, - RİA Novosti Tixomirovanın sözlərinə istinadən yazıb.

Dietoloq onu da qeyd edib ki, yuxarıda sadalanan xəstəlikləri olmayan hər kəs üçün nanə yalnız fayda verəcək. Nanə bağırsaqlara yaxşı təsir göstərir, miqren və ürəkbulanmanın öhdəsindən gəlməyə kömək edir, həmçinin antibakterial təsirə malikdir. Qadınlarda nanə menstrual ağrıları azaldır.

Nubar Süleymanova, “İki sahil”