14 yanvar 2022 11:31
919

Bağçada bütün uşaqların fotosu belə çəkilirmiş - FOTO

Sosial şəbəkələrdə uşaq bağçasında körpəyə qarşı şiddət göstərilməsini əks etdirən görüntülər müzakirələrə səbəb olub.

“İki sahil” xəbər verir ki, sözügedən hadisə İsmayıllı rayonu 1 saylı körpələr evi-uşaq bağçasında baş verib. Maraqlısı isə odur ki, bağçanın instaqram hesabında bütün uşaqların yemək yeyərkən çəkilən görüntüləri yer alıb.

Körpələrin ağzında və ya qarşısında yemək varkən şəkillərinin çəkilməsi zamanı onların da belə şiddətə məruz qalıb-qalmadığı isə sual doğurub.

Qeyd edək ki, hazırda bağçanın müdiri Tükəzban Məmmədovadır. Videosu yayılan uşağa şiddət göstərən tərbiyəçi isə 1969-cu il təvəllüdlü Zülfiyyə Baxışovadır. Həmin şəxs ailəlidir, 2 övladı var.