20 yanvar 2022 10:51
685

Gürcüstan səfiri 20 Yanvar şəhidlərinin xatirəsini anıb FOTO

Gürcüstan səfiri Şəhidlər xiyabanını ziyarət edib.

Səfirlikdən "İki sahil"ə verilən məlumata görə, Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze və elçi Revaz Sakvarelidze 1990-cı il yanvarın 20-də keçmiş SSRİ-nin hərbi birləşmələri tərəfindən Bakıda törədilən qanlı faciə qurbanlarının xatirəsi anıblar.

"20 Yanvar Azərbaycan xalqının yaxın tarixinə ən faciəli tarixlərdən biri kimi daxil olub.

Z.Pataradze və R.Sakvarelidze Şəhidlər xiyabanında vətənin azadlığı uğrunda can qoymuş şəhidlərin məzarları üzərinə gül dəstələri qoyublar", - məlumatda deyilir.