24 yanvar 2022 19:35
1104

 Məşhurların diqqətçəkən döymələri - FOTO

Ancelina Coli

Angelina Colinin sol qolunu bir neçə sətir döymələr  bəzəyir. Bu sətirlər onun öz uşaqlarının və övladlığa götürdüyü uşaqlarının hər birinin anadan olduğu ölkələrin coğrafi koordinatlarıdır. Qeyd edək ki,  40 dan çox döyməsi  olan Colinin maraqlı  ənənəsi belə var. Belə ki, sevdiyi kişilərin adını bədəninə döydürən aktrisa hər ayrılıqdan sonra onu sildirirdi

Conni Dep

Conni Depp sinəsinə qızının adını döydürüb. “Lili Rouz” yazısı aktyorun ürəyinin üstündədir. Bu, yəqin ki, aktyorun dəyişməyəcəyi tatudur. Bir başqa döyməsni isə Depp dəyişdirməyə məcbur olub. Belə ki, o, Vaynona Rayderlə sevgili olanda qoluna döydürdüyü “Vinona forever” (Vaynona əbədidir) döyməsini ayrılıqdan sonra “Vine forever” (Şərab əbədidir) yazısına dəyişib. Conni digər qolunu isə ədəbiyyata “həsr edib”. O bu qoluna Ceyms Coysun “Rəssamın gənclik portreti” əsərindən “Susqunluq hiyləgərliyi qovmaqdır” (“Silence exile cunning”) sitatını döydürüb.

Mayli Sayrus

 Gənc aktrisa Mayli Sayrus aşiq olduğu zaman, sevgisini hamıyı ilə bölüşmək üçün   bədənində müxtəlif döymələr edir. Məsələn,çılğın aktrisa  qulağına "Sevgi" (Love) sözlərini yazdırıb.

Rianna

Çılğın müğənni Riannanın bədənində döymə çoxdur. Lakin ən maraqlısı yəqin ki, sinəsinə  döydürdüyü döymədir. Rianna  hər dəfə güzgüyə baxanda düz oxuya bilsin deyə döyməni  tərsinə yazdırıb. Qeyd edək ki,o, sinəsinə “Məğlubiyyət deyil, bu, bir dərsdi” sözlərini yazdırıb.

Kara Deleving

Model Kara Deleving  bu yaxında ayağının altına "Made in England" (İngiltərədə  anadan olmuşam) sözlərini yazdırmaqla o ölkəsinə olan sevgisini göstərmiş olub.

Cenifer Eniston

Aktrisa Cenifer Einston da maraqlı döyməyə sahib olan məşhurlar sırasına daxildir. O,  2011-ci ildə ölən iti Normanın adını döymə ilə əbədiləşdirməyə qərara alıb.

Hayden Panetteri

“Heroes” serialının ulduzu Hayden Panetterinin sol qolunda latın dilində yazılmış müəmmalı tatuaj diqqəti cəlb edir. Cümlə italyan dilindən tərcümədə “yaşamaq” mənasını verən “Vivere” sözü ilə başlayır.

Jessica Alba

Jessica Albanın biləyinin iç tərəfində sanskrit dilində “şanagüllə” sözü yazılıb. “Şanagüllə” şərq simvolu olub və mənəvi açılışı təcəssüm edən günəş gülüdür. Bu tatu aktrisanın anasında, yaxın qohumlarında da var. Həmin tatuajı ilk olaraq anası, sonra xalası, 18 yaşının tamam olması münasibətilə Jessicanın özü və daha sonra isə xalası qızı vurdurb.

Hazal Kaya

Sən demə Türkiyənin tanınmış aktrisası Hazal Kaya Harry Potterin pərəstişkarıdır. Məhz buna görə ulduz, bu  kitabda adı keçən bir simvolu bədənində döydürüb.

Məhəmməd Əli

Boksçu Məhəmməd Əlinin döyməsi isə üzündə yerləşir.Onun sözlərinə görə,  üzündəki döymənin  sadə bir açıqlaması var: “Üzümdən xoşum gəlmirdi. Onu beləcə bəzəməklə özümə bəyəndirdim”

Penelope Kruz

Penelope Kruzun topuğundakı müəmmalı 883 tatusu uzun müddət müzakirə obyekti olmuşdur. Şaiyələr gəzirdi ki, güya bu rəqəmlər Hollivud ulduzları arasında məhşur olan Harley-Davidson “Harley-Davidson Sportster 883” motosikleti ilə əlaqədardır. Amma Penelopenin özü bu rəqəmin əsl mənasını açıqlayıb. Numeralogiyaya görə, 8 və 3 onun uğurlu rəqəmləridir. Ortaya əlavə edilmiş ikinci 8 rəqəmi isə xoşbəxtliyin həmişə onunla olması üçün döyülüb.

Ledi Qaqa

Dəlisov müğənni Ledi Qaqanın  bədənində ən azı 19 döymə var.  Məsələn, bir qoluna o, filosof Rayner Mariya Rilkenin məktubundan bir cümləni  yazdırıb: “Gecənin ən qaranlıq saatında etiraf edin: yaratmaq qadağan olunarsa ölərmisiniz? Cavabdan sonra əlinizi ürəyinizin üstünə qoyub özünüzə sual verin: mən yaratmalıyammı?”

Meqan Foks

Aktrisanın kürəyində "Hamımız ulduzlu kəpənəklərə güləcəyik" sözləri yazılıb.  Qeyd edək ki,bu, yazıçı Villiam Şekspirin "Kral Lirin faciəsi" əsərindən bir cümlədir. Aktrisaya görə Hollivud filmlərinin ulduzu olsa belə, hələ çox şey öyrənməlidir.

Viktoria Bekham

Viktoria Bekhamın boynunu isə bu tatu bəzəyir: “Mən öz sevgilimə, o da mənə məxsusdur”. 2005-ci ilin yayında evliliklərinin 6 illik ildönümü münasibəti ilə cütlük İncildən götürülmüş sitatlardan tatuajlar etdirərək bir-birilərini sevdiklərini bir daha sübut etmişlər. Devidin sol qolunu isə, bu tatu bəzəyir: “Mən öz əzizimə, əzizim isə mənə”.

Melloni Qriffit

Aktrisa Meloni Qriffitin qolunda kinoulduz Antonio Banderasla sevgili olmaqlarının 4 illiyinə həsr olunan döymə var. 18 illik nikah pozulduqdan sonra isə aktrisa Antonio sözünü silməli olub.

Emma Stoun

Aktrisa Emma Stoun  anasının xərçəng xəstəliyinə tutulmasından sonra qoluna maraqlı  döymə etdirib. O, bununla xərçəngdən əziyyət çəkən insanlara  dəstəyini nümayiş etdirib.

Samirə Tağıyeva, “İki sahil”