27 fevral 2022 13:42
944

"İlin Geyimi" bəlli oldu - FOTO

Şahzadə Harrinin həyat yoldaşı Meqan Marklın libası "İlin geyimi" seçilib.

“İki sahil” xəbər verir ki, hazırda aktrisanın geyindiyi libas Moda muzeyində ziyarətçilərə təqdim olunur.

Sözügedən geyim "Armani" brendinin 2022-ci il yaz-yaz kolleksiyasındandır.

Qeyd edək ki, Meqanla Harrinin bununla bağlı mətbuata verdiyi müsahibəsi böyük səs-küyə səbəb olub. O, müsahibəsində, hətta sarayda yaşadığı zamanlarda intihar etmək istədiyini də etiraf edib.