Avropa ölkələrinin sakinləri daha çox təmizlik şirkətlərinin xidmətindən istifadə edirlər
Adətən müsəlman ölkələrində bir çoxları kişinin ailə başçısı, qadının isə ailə ocağının qoruyucusu olduğuna inanaraq illər öncə qoyulan nizam-intizamlara əməl edirlər. Avropada praktik olaraq bu stereotiplər qalmayıb. Məsələn, Almaniya, Fransa və digər ölkələrin sakinləri gender bərabərliyi uğrunda mübarizəyə başlayıblar. Bu ölkələrdə qadınlar kişilərlə bərabər işləyirlər, ərlərini tez-tez məzuniyyətə göndərirlər və mümkün qədər bütün işləri yerinə yetirməyə çalışırlar. Avropada yaşayan iş qadınları üçün təmizlik işləri ilə məşğul olan şirkətlər əsl xilasedicidir. Burada təmizliklə məşğul olan işçini çağırıb məşqə və ya alış-verişə gedən bir qadını heç vaxt qınaq atəşinə tutmayacaqlar.
Avropalılar, həmçinin dondurulmuş xama, un məhsulları, soğan, noxud və digər məhsullar almağa üstünlük verirlər. Onların düşüncələrinə görə,bu tip qidaların dondurularaq saxlanılması çox əlverişlidir. Həmin məhsullar uzun müddət solmur və ya qurumur, həmçinin əlavə olaraq onları menyuya daxil etmək də olduqca rahatdır.
Dünyanın ən dəqiq ölkəsi
İsveçrə dünyanın ən dəqiq ölkəsi kimi tanınmaqdadır. Dünyadakı ən yaxşı saatların isveçrəlilər tərəfindən hazırlanması təsadüfi deyil. Alp dağları üzərində yerləşən bu ölkədə hər kəs zaman və təmizliyə çox önəm verir. Dəqiqlik isveçrəlilərin həyatının bir parçası və xoşbəxtlik qaynağıdır. Xüsusilə də İtaliya və Fransa kimi zamanla oynayan ölkələrdən sonra İsveçrəyə gedənlər buradakı dəqiqliyə qarşı fərqli hisslər keçirir.
İngilis yazıçısı Evelin Vaughın sözlərinə görə, dəqiqlik bekarçılıqdan qaynaqlanır. Halbuki, İsveçrədə dəqiqlik başqalarına qarşı hörmət və düşüncəli davranışın ifadəsidir.
Bu ölkədə qatarlar da dəqiqliyi ilə işləyir
Qeyd etmək lazımdır ki, bu ölkənin sakinləri ətraf mühitin təmizliyinə də çox dəqiq riyayət edirlər.
11 ildir Cenevrədə yaşayan amerikalı yazıçı Susan Jane Gilman qeyd edib ki, əvvəllər hər yerə geciksə də, lakin son zamanlar dəqiqliyə artıq öyrəşib. Onun sözlərinə görə, bu ölkədə hər kəsin zamanına hörmət edilir.
Çox maraqlıdır ki, İsveçrədə günortadan sonra təxminən saat 3-4 arası bütün kafelər dolu olur. Çünki hər kəs məhz bu vaxta qəhvə fasiləsinə çıxır. Eyni zamanda,burada yaşayan insanlar binalarında yerləşən camaşırxanadan istifadə etmək üçün onlara verilən günü və saatı gözləməli olurlar.
İsveçrəlilər həm də dünyanın ən böyük şokolad istehlakçılarıdır. Qeyd edək ki, İsveçrə dünyanın ən çox şokolad sevən ölkələrinin sırasındadır. 2018-ci ildə İsveçrə əhalisinin təqribən 87.000 ton şokolad istehlak etdiyi təxmin edilir . Bu adambaşına təxminən 10.3 kq deməkdir.
Bundan əlavə, isveçrəlilər ildə təxminən 180.000 ton şokolad istehsal edirlər. Bu məhsulun təxminən 39% -i İsveçrədə, 61% -i digər ölkələrdə istehsal olunur.
İsveçrənin ictimai nəqliyyat şəbəkəsi isə dünyanın ən yaxşı və təhlükəsiz şəbəkələrindən biri hesab olunur. Qatarlar həmişə vaxtında hərəkət edir və həm şəhər daxilində, həm də şəhərlər arasında nəqliyyat olduqca yaxşıdır. Tramvay və avtobus şəbəkələri də olduqca fəaldır və demək olar ki, onlar ilə bütün ölkəni səyahət etmək olar. İstənilən nəqliyyatdan asanlıqla istifadə edə və hətta ölkənin ən ucqar yerinə gedə bilərsiniz. Bundan əlavə, İsveçrənin hər yerində velosipedçilərin sərbəst hərəkətinə imkan verən velosiped yolları var.
İslandiya məşhur atları ilə tanınır
Heç bilirdinizmi ki, İslandiya qoyunları və atları ilə tanınan ölkələr sırasındadır. Deyilənlərə görə, İslandiyaya qoyunlar min il bundan əvvəl vikinqlər tərəfindən gətirilib. Onlar tədricən adanın sərt və tez-tez dəyişən şıltaq iqliminə uyğunlaşıblar. İslandiyada qoyunlar haqqında “Qoyunlar bizi həm yedirdir, həm də geyindirir” ,- deyirlər. Bu, həqiqətən də belədir. İslandiya qoyunlarının yunu nəm keçirmir və çox möhkəmdir. Bu da yüksək keyfiyyətli paltar, şərf və əlcəklərin hazırlanmasında mühüm rol oynayır. İslandiyanın istənilən mağazasında qoyun yunundan toxunmuş rəngarəng geyimlərə, əl çantalarına rast gəlmək mümkündür. Turistlərin də adadan ölkələrinə apardıqları ən çox yundan hazırlanan geyimlərdir. Atlara gəlincə, islandlar onlardan daha çox turist gəzintilərində, idman yarışlarında istifadə edirlər. Bundan əlavə, maşınlar gedə bilməyən ərazilərə getmək üçün də atlar əvəzedilməz minik vasitəsidir. Ona görə də elə bir islandiyalı fermer olmaz ki, onun azı 5-6 atı olmasın.
Koreyanın uzunömürlü sakinləri
Koreyalılar daha çox fermentləşmiş (qıcqırmış) ərzaqlarla qidalanırlar. Deyilənlərə görə bu, xolesterini aşağı salır, immuniteti yaxşılaşdırır və xərçəngin qarşısını alır.
Aparılan son araşdırmalara əsasən, Cənubi Koreya həyat səviyyəsinin 90 yaşı keçdiyi ilk ölkədir. Ölkə bunun üçün güclü və dinamik iqtisadiyyatı, səhiyyə xidmətlərindən rahat istifadə və yuxarı trayektoriyasına görə Qərb ölkələrindən daha aşağı qan təzyiqinə malik olmasına borcludur.
Koreya yeməkləri lif və bəsləyici qidalarla zəngindir. Sakinlərə görə, icmaya ənənəvi bağlılıq və onunla müşayiət olunan adətlər, gündəlik həyatın keyfiyyətinə güclü təsir göstərir.
Həmçinin burada məşhur olan "Jimjilbang (ictimai hamam) insanları bir araya gətirərək onların səmərəli vaxt keçirməsinə və stresin azalmasına kömək edir.
Dünyanın ən təhlükəsiz ölkəsi
Heç bilirsiniz ki, dünyada ele yer var ki, burada gecə qapılarınızı kilitləmədən belə yuxuya gedə bilərsiz. Əslində həmin bu yer dünyanın ən təhlükəsiz yeri sayılan Farer adalarıdı.
Farer adaları (Qoyun adaları) — Atlantik okeanının şimal hissəsində, Şotlandiya ilə İslandiya arasında yerləşən adalar birliyidir. Keçiləri ilə məşhur olan bu ölkə, "keçi ölkəsi" olaraq da adlanır. Birləşmiş Krallığın 200 km şimalında yerləşir.
Farer adaları arxipelaqı 18 iri adadan ibarətdir ki, onlardan 17-si insanlar tərəfindən məskunlaşdırılmışdır. Əsas adaları - Streymoy, Esturoy, Suduroy, Voar, Sandoy, Bordoy adalarıdır.
Burada həyat o qədər sakit və təhlükəsizdir ki,valideynlər heçnədən qorxmadan uşaqlarını tək başına həyətə buraxa bilirlər.Çox maraqlıdır ki, bu adalarda oğurluq hadisələrinə nadir hallarda rast gəlinir. Qeyd edək ki, Farer həbsxanasında cəmi 6 nəfər cəzasını çəkir.Bu da təxminən 100 min əhaliyə 19 nəfər deməkdir. Məsələn, Rusiyada 100 min əhaliyə 386 nəfər, ABŞ-da 655 nəfər düşür.
Dubayda insanlar arasında öpüşmək qadağandır
Dubay çox müasir şəhərlərdən biri olsa sa, burada hələ də ictimai yerlərdə öpüşmək olmaz.Bu incə məqan bir çox turistləri narahat etsə də,lakin hələ də qüvvədədir. Burada tərtib olunan qanunlardan biri də odur ki, evli olmayan cütlük qapalı bir məkanda qala bilməz. Bu qanunlara riayət etməyən insanlar isə cəzalandırılır.
Burada, həmçinin son illər ərzində 600 mindən çox erotik məzmunlu saytlar bloklanıb. Burada nəinki erotik saytlar, həmçinin qumar və hətta tanışlıq saytlarının hər hansı bir təzahürü qadağandır.
Yaponiyada qadın kişidən zəif olmalıdır
Yaponiyada qızlar oğlanlardan daha ağıllı, güclü və ya daha sürətli ola bilməzlər. Burada qadın kişidən üstün olsa belə, onu heç bir zaman bildirməməlidir. Yaponiyada bir kişi ilə münasibətdə olan qadın onun qeydinə qalmalı, demək olar ki, kişiyə təslim olmalıdır. Ayrıca, burada qızlar yüksək səslə danışmamalı, təkəbbürlə və ya nəzakətsiz bir şəkildə ünsiyyət qurmamalı və heç bir şəkildə liderlik mövqelərini göstərməməlidirlər.Burada, həmçinin görünüşü və ya hərəkətləri ilə bir kişinin diqqətini özünə çəkmək çox ayıbdır. Yaponiyada,ümumiyyətlə bəyəndiyiniz bir gəncə hər hansı bir diqqət əlaməti göstərmək ayıbdır. Bu ölkədə,həmçinin evli olmayan cütlüyün küçədə qucaqlaşıb öpüşməyi qadağandır.
Yaponiyada, həmçinin qadınlar üçün iş tapmaq kişilərdən daha çətindir. Hətta bir qadının daha çox təcrübəsi olsa da, müdriyyət seçim qarşında qalarsa, onda mütləq kişiyə üstünlük verəcək. Yaponiyada ən yaxşı vakansiyalar yalnız kişilərə verilir.Burada eyni vəzifədə çalışan kişi və qadın arasında da ayrı seçkilik var. Çünki onlar eyni vəzifədə çalışsalar da , kişi qadından üstün sayılır və onun maaşı daha çox olur.
Yaponiyada, analıq məzuniyyəti əvəzinə hamilə qadınları məcburi şəkildə işdən çıxarırlar. Eyni zamanda subay qızları da işə götürmürlər. Yaponların düşüncələrinə görə, həmin qızlar işlərinə ciddi yanaşmırlar.
Samirə Tağıyeva, “İki sahil”