28 fevral 2022 20:20
1501

Ən çox insan tələfatına səbəb olan müharibələr - FOTO

Ukrayna ilə Rusiya arasındakı müharibə günümüzdə çoxlarını narahat edir. Bu iki ölkə arasındakı müharibə nə birinci, nə də sonuncudur. Tarixdə belə müharibələr həmişə olub və təəssüf ki, davam etməkdədir.

“İki sahil” tarixdə ən çox insan tələfatına səbəb müharibələri sizə təqdim edir.

İkinci Dünya Müharibəsi

Tarixin ən qanlı müharibələrindən biri İkinci Dünya Müharibəsi olub. Rəsmi məlumatlara görə, 6 il davam edən bu müharibədə 60 milyondan çox insan həlak olub.

Monqol istilaları

Dünyanın ən qorxulu döyüşçü xalqlarından biri monqollar olub. Monqol hökmdarı Çingiz xan “yox etmək” təfəkkürü ilə yaşayıb. Bu “anlayış” milyonlarla insanın qətlinə səbəb olub. Çingiz xanın və ondan sonrakı oğullarının apardığı istilalar 160 ildən çox davam edib. Nəticədə insanlar qılıncdan keçirilib və yandırılıb.

Bəzi mənbələrə görə, 30 milyona yaxın (Bəzi mənbələr hətta bu rəqəmin 40 milyon civarında olduğunu iddia edir.) insanın həyatına son qoyulub.

Taypin üsyanı

Çində vergilərin artırılması fermerlərin üsyanına səbəb olub. Bu üsyanının sərt şəkildə yatırılması nəticəsində 20 milyon insan həyatını itirib.

Birinci Dünya Müharibəsi

Dörd illik müharibə suveren dövlətlərin sərhədlərinin dəyişdirilməsinə, eləcə də 17 milyondan çox insanın öldürülməsinə, həmçinin İkinci Dünya Müharibəsinin başlamasına səbəb olub.

Teymurilərin yürüşü

Əmir Teymur ərazilərini genişləndirmək üçün yürütdüyü hərbi strategiya və siyasəti ilə 15 milyona yaxın insanın ölümünə səbəb olub.

An Luşan üsyanı

An Luşan üsyanı Orta Asiya türklərini narahat edən vətəndaş müharibələrindən biri idi. Çünki bu üsyanın rəhbəri olan An Luşanın anasının türk olması ilə yanaşı, 14 il davam edən qarışıq dövr Göytürklər və Uyğurlar üçün də bir rol oynayıb. 13 milyon insanın bu vətəndaş müharibəsində həyatını itirildiyi bildirilir.

Dunqan üsyanı

Çində müsəlman icması olan dunqanlar 19-cu əsrin İpək Yolunu qanla boyayan vətəndaş müharibəsinin səbəbkarları olub. Bu dini üsyan nəticəsində 9 milyona yaxın insan həlak olub.

Napoleon müharibələri

Başlama tarixi ilə bağlı mütəxəssislərin razılaşa bilmədiyi Napoleon müharibələri dünyanın ən qanlı müharibələrindən biri kimi tarixi səhifələrə yazılıb. Təxminən 15 il davam etdiyi bildirilən savaş 1815-ci ildə sona çatdıqda 3,5-6,5 milyon insan həyatına qoyub.

Rusiyada vətəndaş müharibəsi

Çar Rusiyasının tarix səhnəsindən silinməli olduğuna inanan bolşeviklərlə monarxist rejimin tərəfdarı olan Ağ Ordu arasında gedən vətəndaş müharibəsi təxminən 6 milyon insan həyatına son qoyub.

Vüsal Cahanov, “İki sahil”