Türkiyəli aktrisa Demet Özdəmirin yeni layihəsi bəlli olub.
"İki sahil" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa “Yeşilçam”ın unudulmaz filmi “Ah nerede”nin serial versiyasında rol alacaq. Demet ekran işində “Zehra” obrazına həyat verəcək.
Filmdə Tarık Akanın canlandırdığı “Ferit” xarakterinə isə kimin çəkiləcəyi isə hələlik bəlli deyil.
Qeyd edək ki, filmdə baş rolları Tarık Akan, Gülşən Bubikoğlu və Adile Naşit canlandırıb.