03 mart 2022 01:15
1879

Od püskürən “təkərli ev” satılır - FOTO

1968-ci il istehsalı "Chevrolet C20 Longhorn" yük maşını üzərindəki qeyri-adi avtomobil "Bring a Trailer" onlayn auksionunda satışa çıxarılıb.

Yük platformasında bərkidilmiş yaşayış moduluna əlavə olaraq, avtomobilin ön hissəsinə dekorativ element olaraq od püskürən iri buynuzlu kəllə sümüyü bərkidilib.

“İki sahil” xəbər verir ki, 54 yaşlı "C20 Longhorn" orijinal ehtiyat hissələrini saxlayıb. Maşın təzə təmir olunub və əla vəziyyətdədir.

Onun qitməti isə 34 700 dollardır.