Çiçəklər haqqında alimlər maraqlı bir fakt öyrəniblər. Sən demə, onlar təkcə estetik zövq mənbəyi deyil. Həm də insan beyinin müalicəsində əvəzsiz rol oynayır. Çin alimlərinin sözlərinə görə, nərgiz, novruz gülü, zəfəran, lavanda kimi çiçəklər bir sıra müalicəvi xassələrə malikdir.
Belə ki, novruz gülünün tərkibində qalantamin maddəsi alzheimer xəstəliyi nəticəsində yaranan yüngül və ağır dərəcəli ağıl kəmliyə, eləcə də beyin qan dövranının xroniki pozğuntuları zamanı faydalıdır. Bu maddə orqanizmdə asetilxolinin qatlığını artırır.
Asetilxolin neyronlardan gələn məlumatların ötürməsinə görə məsuliyyət daşıyır. Qalantamin nərgizin tərkibində mövcuddur. Bu çiçəyin eyni zamanda xərçəng əleyhinə xassələrə malik olduğu güman edilir. Eyni zamanda Sidneydən olan alimlər müəyyən etmişlər ki, zəfəran görmə hüceyrələrinin elastikliyinə kömək edir.
Lavanda isə qorxu hissini aradan qaldırır, yuxusuzlukdan xilas edir, həm də ağrı və aqressivliyi azaldır. Eyni xüsusiyyətlərə südləyən gülü də malikdir. O, beyin hüceyrələrini qocalmaqdan da qoruyur.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü