Əgər qida rasionunda çoxlu şəkərli qida, alkoqol və fast foodlar varsa…
Özünü daha yaxşı hiss etmək və cavan görünmək üçün müxtəlif məsləhətlərlə rastlaşırıq. Bu məsləhətlər sırasında amerikalı mütəxəssislərin tövsiyələri diqqət çəkir. Onlar hesab edir ki, cavan qalmaq üçün bunları etmək lazımdır: dərini günəş şüalarının həddindən artıq təsirindən qorumaq, düzgün qidalanmaq, siqareti tərgitmək, müntəzəm olaraq idmanla məşğul olmaq və stressin öhdəsindən gəlməyi öyrənmək vacibdir.
Həkim Tod Koch qeyd edir ki, stress insanın yaşından çox daha yaşlı görünməsinin səbəblərindən biridir. Stress dəri hüceyrələrini zədələyir və bu onun tonusunun, elastikliyinin itməsinə səbəb olur. Stresslə mübarizədə mütəxəssilər məşq etməyi və özünə qulluq üçün daha çox vaxt ayırmağı tövsiyə edirlər.

Həkim Kler Çanqın sözlərinə görə, ultrabənövşəyi şüaların təsirinə həddindən artıq məruz qalmaq dərinin zədələnməsinə, melanin istehsalının artmasına, həmçinin qədərindən artıq piqmentasiyaya səbəb olur və bu da dərinin vaxtından əvvəl qocalmasına gətirib çıxarır. Çanq xatırladır ki, ultrabənövşəyi şüalara məruz qalmanın mənfi təsirləri tədricən toplanır. O, dərinin gəncliyini qorumaq üçün günəşdən mümkün qədər tez qorunmağa başlamağı məsləhət görür. Pittsburq Universitetinin tədqiqatçısı Adam Barsuk deyir ki , əgər insanın qida rasionunda çoxlu şəkərli qidalar, hazır qidalar, fast food və alkoqol varsa, o zaman onun orqanizmində qocalma prosesi daha sürətli gedəcək. Həkim təbii maddələr mübadiləsini bərpa etmək üçün tərkibində antioksidanlar olan tərəvəz və meyvə, qoz-fındıq və lobya yeməyi tövsiyə edirlər.

Dermatoloq Donna Hartın fikrincə, siqaret dərinin vəziyyətinə birbaşa təsir edən pis vərdişlərdən biridir. Tütün tüstüsünün tərkibindəki toksinlərə məruz qalmaq bütün orqanizmin fəaliyyətinə mənfi təsir göstərir, xüsusən də təbii rəngin itirilməsinə, dərinin qurumasına və solğunluğuna səbəb olur. Həkimin sözlərinə görə siqareti tərgitdiyiniz zaman C vitamini və kollagen səviyyəniz bir neçə ay ərzində geri qayıdır. Bundan sonra səthi qırışlar öz-özünə bərpa oluna bilər.
Dermatoloq Devid Benks müntəzəm məşqin bədənin cavanlaşmasına kömək etdiyini açıqlayıb. Fiziki fəaliyyət sayəsində vitaminlər və oksigen bütün orqanlara daha sürətli çatır və dərini daha yaxşı qidalandırır. Beləliklə, dəri sıxlaşır. Əvvəllər həkim qarın piylərindən qurtulmağa kömək edən vasitə kimi çay növlərindən birinin adını vermişdi .
Nərmin Nərimanova,
Bakı Slavyan Universitetinin tələbəsi
Mənbə: (lenta.ru/news/2022/03/03/molodost)